/ / Dövlət başçısı İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu qəsəbəsində görülən işlərlə tanış olub
Dövlət başçısı İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu qəsəbəsində görülən işlərlə tanış olub
28.04.2011 [10:56]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub. Dünən dövlətimizin başçısı həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sabunçu qəsəbəsinə gəlib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Azərbaycan Prezidenti Sabunçu vağzalının ətrafında əvvəlki vəziyyəti əks etdirən fotostendə də baxıb. Bildirilib ki, Sabunçu vağzalının ətrafındakı ərazidə kanalizasiya, su və rabitə xətləri yeniləri ilə əvəz edilib. 28 min kvadratmetr sahəsi olan Əslidar Məmmədəliyev küçəsinə ikiqat asfalt və 950 metr uzunluğunda səkiyə qranit plitə döşənib. Səkilərdə 1700 kvadratmetr sahədə asfalt işləri görülüb. Əlavə olaraq 22 min kvadratmetr sahəsi olan qəsəbədaxili küçələrə asfalt döşəmək üçün hazırlıq işləri aparılır. Sabunçu vağzalının binasında yenidənqurma işləri başa çatdırılıb. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb. Qəsəbə sakinləri Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev deyib ki, bütün qəsəbələrdə yaxşı işlər gedir, yollar çəkilir, o cümlədən Sabunçu qəsəbəsində də bu işlər başlanıb: “Bütün qəsəbələrin sosial-iqtisadi problemləri öz həllini tapmaqdadır. Bir neçə gündən sonra xüsusi, böyük Dövlət Proqramı qəbul olunacaqdır. Proqramda bütün məsələlər öz əksini tapacaqdır. Mən bilirəm ki, Sabunçu qəsəbəsinin də problemləri var. Biz bu problemləri bilirik və həll etməyə çalışırıq. İlk növbədə, burada yolların çəkilişi öz həllini tapmalıdır. Ondan sonra kanalizasiya xətləri çəkilməlidir. ümumiyyətlə Sabunçu qəsəbəsində və digər qəsəbələrdə kanalizasiya xətləri olmayıb. Bu ən böyük problemdir. Biz bu problemin həlli üçün çalışırıq. Bütün qəsəbələrdə su problemləri var. O da ciddi problemdir. Elektrik enerjisi, qaz problemləri tədricən öz həllini tapır. Ancaq biz bunu daha da böyük həcmdə etməliyik. Proqramda Sabunçu qəsəbəsində yerləşən uşaq bağçalarının, məktəblərin təmiri nəzərdə tutulur. çox geniş bir proqramdır. Əminəm ki, siz - Sabunçu qəsəbəsinin sakinləri bu proqramın icrasını hiss edəcəksiniz. Bir neçə vacib məsələ qoyulubdur qarşımızda. Əlbəttə ki, Bakıətrafı qəsəbələrin inkişafı onların içərisində prioritet məsələdir. Mən indi qəsəbələrdə oluram, vəziyyətlə tanış oluram, özüm görürəm işlər necə gedir”.
Həyata keçirilən quruculuq işlərinə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər arzu və təkliflərini bildiriblər.
Sonra qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Qəsəbə sakinləri ilə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sabunçudan Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün çəkiləcək yeni yolun keçəcəyi ərazi ilə tanış olmaq üçün həmin sahəyə gəlib. Ərazi ilə yaxından tanış olan Prezident İlham Əliyev yeni yolun çəkilişi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

