Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
01.03.2023 [22:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Şavkat Miromonoviç, xoş gəlmisiniz. Vaxt tapıb Azərbaycana səfər etdiyiniz üçün sağ olun. Birlikdə mühüm beynəlxalq tədbirdə iştirak edəcəyik, lakin həm də görüşmək, söhbət etmək və bizim əvvəlki görüşlərimiz zamanı da razılığa gəldiyimiz kimi, verdiyimiz tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün yaxşı imkandır.
Prezident Şavkat Mirziyoyev: Komandalarımıza.
Prezident İlham Əliyev: Düşünürəm ki, komandalar yaxşı işləyir. Onlar tez-tez görüşürlər, bu yaxınlarda yenə Özbəkistanda mühüm görüş olub. Həmçinin telefonla çox fəal ünsiyyətdə olurlar. Beləliklə, bütün istiqamətlər üzrə çox fəal qarşılıqlı fəaliyyət aparılır.
Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var.
Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Çünki elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm.
Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz.
x x x
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Bizə çox doğma, yaxın və dost ölkə Azərbaycanda olmaq mənim üçün çox xoşdur. Həqiqətən, biz hazırlaşırdıq və bu gün ilk dəqiqədən bu cür qonaqpərvərliyi hiss edirik. Biz sanki öz evimizdəyik. Buna görə çox sağ olun.
Əslində, Siz qeyd etdiyiniz kimi, bizim mütəmadi görüşlərimiz strateji tərəfdaşlığımıza tamamilə yeni məzmun gətirib. Son illər biz Sizinlə ikitərəfli münasibətlərimizdə böyük sıçrayış etmişik. Artıq Sizin dediyiniz kimi, bizim komandalar da başqa cür işləyir. Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir.
Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək. Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir. Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var.
Xüsusən regionların forumunu və biznes şurasının toplantısını qeyd etmək istəyirəm. Bu tədbirlərdə çoxlu sahibkar iştirak etdi. Mən qardaşlaşmış şəhərlərin - Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokandın rəhbərləri ilə danışmışam. Onlara dedim: biz görüşdük, sabah isə qardaşım İlham Heydər oğlu ilə görüşəcəyəm və onunla bunları danışacağıq. Onlar dedilər: Əmin ola bilərsiniz ki, müzakirə etdiyimiz bütün məsələlər yerinə yetiriləcək və həll olunacaq.
Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq.
Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək.
Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Görüşdə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olundu.
Şavkat Mirziyoyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının bu il 100 illiyinin qeyd edildiyini vurğuladı, bu xüsusda Özbəkistanda da tədbirlərin keçiriləcəyini bildirdi.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

