Azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət və hökumət qurumlarında təmsil olunmalıdırlar
07.07.2011 [09:58]
Bu artıq qəbul edilmiş bir faktdır ki, hər hansı bir xalqın nümayəndələri yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi, hətta sosial-mədəni həyatında nə qədər aktiv olarlarsa, mənsub olduqları xalqın və dövlətin maraqlarını bir o qədər güclü müdafiə edə bilərlər. Bu cür empirik fikirlərin real həyatda öz əksini tapdığının dəfələrlə şahidi olmuşuq. Məsələn, ABŞ Konqresində yer almış yəhudi nümayəndələr İsrailin maraqlarını ciddi cəhdlə müdafiə edir və eyni zamanda, Vaşinqtonla Təl-Əviv arasında müxtəlif aspektli münasibətləri möhkəmləndirirlər. Və ya Qərbi Avropa dövlətlərinin parlamentlərində də yer almış müxtəlif xalqların nümayəndələri mənsub olduqları dövlətin mənafeyini qoruyurlar.
Əlbəttə ki, etnik və dini baxımdan fərqli xalqın nümayəndəsinin başqa ölkənin dövlət və ya hökumət işlərində yer alması üçün həm sosial, həm də iqtisadi kapitala ehtiyac duyulur. Digər tərəfdən isə, bu işdə yaşadığı ölkənin ictimai-siyasi həyatında fəallığını artırmağa çalışanlara mənsub olduqları xalqın və dövlətin nüfuzu da köməklik edir. Bir sözlə, sadaladığımız faktorlar ortada olunca, artıq mənsub olduğun xalqın və dövlətin maraqlarını yaşadığın, fəaliyyət göstərdiyin ölkənin birbaşa siyasi və ya iqtisadi mətbəxində təmin etmiş olursan. Beləliklə də, mənsub olduğun xalqın nümayəndələri, diasporası həmin ölkənin daxili siyasətinin amilinə çevrilir. Düşünürük ki, artıq bu cür praktika Azərbaycan diasporası üçün əhəmiyyətli olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında çıxışı zamanı diasporamızın qarşısına məhz bu vəzifəni də qoyub: “Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar”.
Dövlət başçısı İlham Əliyev bir daha vurğulayıb ki, onların sayı da bəzi hallarda buna imkan verir: “Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır”.
Prezident İlham Əliyevin diaspora nümayəndələrimzin qarşısına qoyduğu məlum vəzifəni yerinə yetirmək üçün hər cür şərait var. Birincisi, azərbaycanlıların xarici dövlətlərdəki sayı imkan verir ki, diaspora nümayəndələrimiz yaşadıqları ölkənin ictimai-siyasi həyatına təsir edən sosial qüvvə kimi çıxış etsinlər.
Məlum olduğu kimi, təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu dünyanın 5 qitəsində yaşayır. ABŞ-da 1 milyon, Kanadada 170 min, Meksikada 27 min, Braziliyada 75 min, Argentinada 12 min, Türkiyədə, Rusiyada milyonlarla, Ukraynada, Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox azərbaycanlı yaşayır və fəaliyyət göstərir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı 2-10 min nəfər arasındadır.
Azərbaycan diasporunun böyük bir hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziyada, Yəmən Ərəb Respublikasında, Yəmən Demokratik Respublikasında, çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Omanda, Səudiyyə Ərəbistanında, Suriyada on minlərlə ifadə olunur, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda isə 17 min nəfərdir. ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Bununla yanaşı, 5 il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıb. Həmçinin, keçən qurultay zamanı Azərbaycanın 46 səfirliyi və konsulluğu var idi. Hazırda isə onların sayı 65-ə çatıb. Yaxın zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun açılması nəzərdə tutulur.
Eyni zamanda, bir sıra dövlətlərdə - ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada, İraq, Braziliya, Argentina, Skandinaviya, Benilüks və Şərqi Avropa ölkələrində məskunlaşmış azərbaycanlıların sayı imkan verir ki, onlar ictimai-siyasi proseslərdə yaxından və daha aktiv iştirak etsinlər. Bundan başqa, onlar azərbaycanlıların sayının milyonlarla, yüz minlərlə olduğu dövlətlərin siyasi palitrasında böyük gücə malik etniklər kimi qəbul edilir.
İkincisi, adıçəkilən ölkələrdə yaşayan azərbaycanlıların əksəriyyətinin sahibkar təbəqəsindən olması bu işdə bizim iqtisadi kapital problemimizi də həll etmiş olur. Yəni, seçkili orqanlarda iştirak üçün keçiriləcək təbliğat kampaniyasına lazım olan maliyyə problemi məhz bu cür həll oluna bilər.
üçüncüsü, bu gün Azərbaycanın dünyada demokratik, insan hüquqlarına hörmətlə yanaşan, qlobal təhlükəsizlik məsələsinə özünəməxsus şəkildə töhfə verən ölkə kimi tanınması, eyni zamanda, səfirliklərin, konsulluqların, nümayəndəliklərin sayının kifayət qədər olması da diaspora nümayəndələrimizin nüfuzunu artırır.
Dünyanın bir sıra böyük və geosiyasi baxımdan əhəmiyyətli dövlətlərində yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ziyalılardan ibarət olması isə bizim qarşımıza qoyulmuş vəzifənin həyata keçirilməsi üzrə şansımızı daha da artırır.
Göründüyü kimi, Prezident İlham Əliyevin diasporamız qarşısında qoyduğu vəzifəni yerinə yetirmək üçün sadəcə təşəbbüskarlıq göstərmək lazımdır. “ümid edirəm ki, biz növbəti qurultaya qədər artıq bu barədə də yaxşı xəbərlər eşidəcəyik”, deyən Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, bu həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək, dayaq olacaq, həm də ölkəmiz üçün: “çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir. Əlbəttə, siz daim Azərbaycan dövlətinin dəstəyinə arxalana bilərsiniz”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

