Heç kim unudulmur!
28.04.2023 [10:00]
Bu il mayın 9-da 1941-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü tamam olacaq. İllər ötsə də, dünyada faşizmin sonunu gətirən həmin tarix unudulmur. Prezident İlham Əliyev Qələbə günü ərəfəsində “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etmək tapşırılıb.
Xalqımız üçün unudulmaz tarix
Son 30 ildə müharibə dəhşətləri yaşayan xalqımız üçün İkinci Dünya müharibəsi də unudulmaz tarixdir. Bu da onunla bağlıdır ki, respublikamız bu müharibədə fəal iştirak edib və faşizm üzərində qələbənin təmin olunmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib.
Məlum olduğu kimi, 1941-1945-ci illər müharibəsinin ilk illərində Azərbaycanın da daxil olduğu keçmiş ittifaqın bir sıra iri sənaye müəssisələri, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal edirdi. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. O vaxt hələ Sibirdəki neft yataqları kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Döyüş maşınlarının, tankların, təyyarələrin, gəmilərin istifadə etdiyi bütün yanacağın 80 faizi Azərbaycan mədənlərində, respublikamızın zavodlarında istehsal edilirdi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində olub. Məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Bundan məmnun qalan Hitler əlindəki svastikanı Bakını göstərən nöqtənin üzərinə qoymuşdu. Faşistlərin məqsədi bəlli idi - neft Bakısını ələ keçirmək! Əgər bu niyyət baş tutsaydı, əlbəttə ki, müharibənin yekunu tamam fərqli ola bilərdi.
İkinci Dünya müharibəsində Azərbaycan xalqının mərd oğul və qızlarının göstərdikləri fədakarlıqlar, qəhrəmanlıqlar hər cür yüksək qiymətə layiqdir. Biz keçmiş ittifaq dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 600 mindən çox döyüşçünün iştirak etdiyi müharibədə 175 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi igid övladlarımızın cəsurluq nümunəsidir. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov və digər Sovet İttifaqı Qəhrəmanlarımız hər bir azərbaycanlının iftixar mənbəyidir.
Əlbəttə, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 1941-1945-ci illər müharibəsinin veteranlarına, 9 May - Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn AXC - “Müsavat” cütlüyü bəhs olunan tarixin yaddaşlardan silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı.
Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar respublikamızda İkinci Dünya müharibəsinin veteranlarına münasibət dəyişdi, 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.
Dövlət qayğısının növbəti təzahürü
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Yuxarıda bəhs olunan Sərəncam da bəlli kateqoriyadan olan insanlara dövlət qayğısının növbəti təzahürüdür. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.
Dövlət başçısının imzaladığı Sərəncam bütövlükdə 3729 şəxsi əhatə edəcək. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, qurum tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
Mübariz
Xəbər lenti
Hamısına baxİdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55

