Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
14.07.2011 [07:32]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi Azərbaycan dövlətinin xarici siyasət strategiyasının öncül istiqamətlərindən birini təşkil edir. Məhz bu yöndə Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi praqmatik strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların, aparılan danışıqların intensivləşməsinə səbəb olub. Bunun qanunauyğun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mütəmadi qaydada beynəlxalq siyasi gündəmin öncül məsələlərindən birini təşkil etməkdədir. Eləcə də, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktorlarının, demək olar, hamısının yekdil və yekun qənaəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normalarına əsasən həll olunmalıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında qeyd edib ki, Azərbaycan danışıqların konstruktiv şəkildə aparılmasında maraqlıdır: “Azərbaycan 2009-cu ildə və 2010-cu ilin əvvəlində öz niyyətini göstərmişdir. Bir daha göstərmişdir ki, sülh danışıqlarına sadiqdir və bu danışıqlar mütləq sülh müqaviləsinə gətirib çıxarmalıdır”.
ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz dinamikası və spesifikliyinə, xarakteristikasına görə xüsusi yanaşma tələb edən həssas problemlərdəndir. çünki indiki halda atılacaq hər hansı qeyri-konstruktiv və ədalətsiz bir addım nəticə etibarilə Cənubi Qafqazı “barıt cəlləyi”nə - destabil bir məkana çevirər. Bu isə ümumilikdə beynəlxalq təhlükəsizlik üçün təhdid yaradan başlıca dağıdıcı meyillərdən və faktorlardan birini təşkil edə bilər. Münaqişəşünaslıq elminin əsasları sübut edir ki, məhz bu cür münaqişələrin həllinə istər dünya ictimaiyyəti, istər aparıcı beynəlxalq təşkilatlar və aktorlar, istərsə də vasitəçi qurumlar xüsusi yanaşma göstərməlidirlər. çünki regional və qlobal miqyasda təhlükəsizliyin, strateji balansın və uzunmüddətli sabitliyin təmin edilməsi məhz bu cür dağıdıcı meyillərin aradan qaldırılmasından bilavasitə asılıdır. Dolayısıyla, münaqişənin həlli yönündə istər diplomatik vasitələrdən, istərsə də güc tətbiqi metodundan istifadə olunması yekdilliklə qəbul edilmiş zəruri praktik mexanizm hesab olunur. Buna görə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi neytrallaşdırılmalı və danışıqlara zərər yetirən halların aradan qaldırılması üçün kardinal tədbirlər görülməlidir. Bunun üçün vasitəçilik missiyasını həyata keçirən qurum və müvafiq beynəlxalq təşkilatlar öz səylərini daha da artırmalıdırlar.
Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımi addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər: “Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar. Azərbaycan isə birmənalı şəkildə öz konstruktivliyini göstərmişdir. Bu gün də göstərməyə hazırdır, bax, o dediyim prinsiplər əsasında. Bütün Azərbaycan vətəndaşları hazırda işğal edilmiş ərazilərə qayıtmalıdırlar. Ondan sonra sülh yarana bilər. Ondan sonra əməkdaşlıq ola bilər. O ki qaldı Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsinə, 2009-cu ilin prinsiplərində göstərilmişdir ki, bu, gələcəyin məsələsidir və tərəflər razı olduğu təqdirdə bu məsələ öz həllini tapa bilər. Yəni ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın heç bir hüquqi statusu ola bilməz. Məhz ona görə mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcəkdir”.
Yekun olaraq qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməli və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Bu, Cənubi Qafqaz kimi önəmli bir məkanda siyasi-iqtisadi prosesləri, həmçinin, durumu tarazlaşdırmaqla yanaşı, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də formalaşmasına və inkişafına təkan vermiş olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

