/ / Hökumət gənclərin məşğulluğunun təmin olunması ilə bağlı uzunmüddətli inkişaf strategiyası həyata keçirir
Hökumət gənclərin məşğulluğunun təmin olunması ilə bağlı uzunmüddətli inkişaf strategiyası həyata keçirir
11.01.2012 [16:32]
Məlum olduğu kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Onu da qeyd edək ki, aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin baza rolunu oynayır. ümumiyyətlə, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Belə ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
Eyni zamanda, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə hərtərəfli dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanan və dövlət başçısının 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktor olmaqla, gələcəyin, yeni inkişaf onilliklərinin, innovasiyaların məhz gənclərin elmi bilikləri, fiziki və intellektual gücü hesabına təmin olunacağını ifadə edir. Bu fundamental siyasi-iqtisadi-elmi əsaslara söykənən mühüm dövlət sənədinin bazasında gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eləcə də, onların milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxşaxəli tədbirlər planı dayanır. Proqramda gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.
Dövlətin gənclərə yüksək etimadının, onlara diqqət və qayğısının ən bariz nümunəsi kimi isə Gənclər Fondunun yaradılmasını göstərmək olar. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin sonunda Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, fond gənclərin hərtərəfli inkişafını, onların cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsində yardımçı olacaq. Dövlət başçısı Gənclər və İdman Nazirliyinə və digər müvafiq strukturlara gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tapşırıb. Bu məqsədlə fond tərəfindən gənclərin elmi axtarışlarının, innovativ layihələrin həyata keçirilməsinə, eləcə də, onların sosial şəraitinin təmin olunmasına xidmət edən layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd olunan fond gənclərin təqdim etdiyi bir çox layihələrin reallaşması üçün maliyyələşmə funksiyasını da həyata keçirəcək. Belə ki, dövlət fond vasitəsilə gənclərin böyük həcmli layihələrin maliyyələşməsini təmin edəcək. 2012-ci ildən fəaliyyətə başlayacaq fonda təxminən 20 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Həmin vəsaitin böyük hissəsi isə büdcədən yönələcək. Bundan başqa, əlavə mənbə kimi büdcədənkənar fondların, müxtəlif təşkilatların, gənclərin təşkil etdiyi mühüm layihələrdən əldə olunan qrant vəsaitlərindən və eləcə də, dövlət strukturlarının ayıracağı pullardan istifadə olunacaq. Fond biznes fəaliyyəti üçün kredit və ya digər maliyyə yardımları göstərməyəcək. Lakin fond tərəfindən elm, təhsil, mədəniyyət, incəsənət, sosial inkişaf, texnologiya, gənclərin iqtisadi-hüquqi maarifləndirməsi istiqamətində olan layihələrin icrasına dəstək veriləcək.
Yeri gəlmişkən, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda da gənclərlə bağlı çox mühüm müddəalara yer verilib. Proqramda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, bu sahədə səmərəli dünya təcrübəsinin tətbiq edilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə respublikamızda sosial siyasətin yeni tələblərə uyğun olaraq inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb. Proqramda, həmçinin, neft gəlirlərinin iqtisadi sahələrlə yanaşı, sosial sektorlara və insan kapitalının inkişafına yönəldilməsi, insan amilinin inkişafına yönəldilmiş investisiyaların cəlb edilməsi üçün imkanların müəyyənləşdirilməsi, bütün perspektiv layihələrdə məhz gənclərin fəal təbəqə kimi iştirakının təmin olunması nəzərdə tutulub. Yəni, gənclərin ölkəmizin ictimai, siyasi, iqtisadi, sosial, elmi, mədəni, humantiar, idman və digər sahələrdə aparıcı qüvvə kimi statusunun gücləndirilməsi əsas hədəflərdəndir.
Bir sözlə, yaxın onillik gənclərin fəaliyyəti üçün ən əlverişli bir dövrdür. Bu dövrdə yeni inkişaf meyilləri ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın idarə olunması, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. Bu faktor isə iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnmiş peşəkar kadrlara tələbi artırır.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

