Uğur strategiyasının açarı…
28.10.2023 [10:00]
P. İsmayılov
“Bütün məqsədlərə nail olmağı”n sirri “hər şeyi vaxtında etmək”dir!
Dövlətin inkişafının əsas sütunlarından biri çağırışlara, zamanın tələblərinə uyğunlaşmaq bacarığıdır. İnkişaf tempini qeyri-təbii şəkildə artırmaq və ya azaltmaq qalibiyyət və inkişaf ehtimalını azaldır. Bu formul tarixən öz təsdiqini tapıb - zamanı qabaqlamaq da, çağırışları sadəcə, təqib etmək də xeyir vermir. Bəs nədir inkişafın və qalibiyyətin əsas formulu – bu, Azərbaycanın son illərdə bütün dünyaya nümayiş və bəyan etdiyi ən mühüm tezisdir: “Biz nəyi, nə vaxt, necə edəcəyimizi bilirik”. Prezident İlham Əliyevin xalqa müraciətlərinin mühüm xətlərindən birini təşkil edən bu siyasi mesaj son 3 ilin prizmasında özünün hərtərəfli təsdiqini tapıb – ərazilərimizin işğaldan azad edilməsindən tutmuş suverenliyimizin tam bərpa olunmasına gedən yoldakı bütün addımlar səbrlə, tələsmədən, siyasi ustalıqla və yüksək diplomatik peşəkarlığa əsaslanaraq atıldı.
Dünənin qələbələri, sabah üçün zəmin…
Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin yeni dövr üçün enerji siyasətinin detallarını vurğuladı və yaşıl enerjiyə keçid prosesi ilə bağlı mühüm mesajlar verdi. Səsləndirilən fikirlər ölkəmizin yaxın gələcək üçün inkişafının yol xəritəsi də sayıla bilər. Cənab Prezident nitqində “ Biz hər şeyi vaxtında edəcəyik” deyə bildirdi və fikirlərini “Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq” deyə yekunlaşdırdı. Səslənən bu fikirlər Azərbaycanın uğur formulunun əsl açarıdır deyə bilərik – bu ifadələr bütövlükdə dövlət strategiyamızı əhatə edən və real faktlarla, dəfələrlə özünü isbatlayan ifadələrdir.
Dünya Bakıya diqqət kəsildi…
Bəli, 2023-cü ilin rakursundan 3 il geriyə boylandıqda mühüm bir tablo ilə qarşı – qarşıya qalırıq – Azərbaycan uzun illər boyu müəyyənləşdirdiyi inkişaf strategiyasının detallarını, istiqamətlərini və hədəflərini məhz 2020-ci ildə üzə çıxarır. Prezident İlham Əliyevin yeni, müasir standartlara uyğun, müasir çağırışqları özündə ehtiva edən hücum diplomatiyasına start verməsi, eyni zamanda, dünya birliyi ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin möhkəm təməllər üzərində formalaşdırması cəmisi bir neçə ildən sonra özünün bəhrəsini verdi – 2011-ci ildə Azərbaycan BMT TŞ üzvü seçildi və bu yolda 155 ölkənin dəstəyini qazandı. Bu, həm də Azərbaycan üçün bir dəqiqiləşdirmə xarakteri daşıdı - beynəlxalq dəstək kifayət əqədər yüksək səviyyədə idi. Bunun səbəbi isə vaxtında bütün əlaqələrin yüksək qurulmasına əsaslanırdı. Ardından Qoşulmama Hərəkatında fəal iştirakın nəticəsi olaraq meydana çıxan sərdlik prosesi idi ki, qısa zamanda Azərbaycan özünün qlobal aktorluq səviyyəsini nümayiş etdirmək imkanı qazandı – dünyanın ən mühüm çağırışları Bakıdan səsləndirildi və bütün dünya Bakıya diqqət kəsildi. 2020-ci ilin əvvəlindən başlayaraq dünyanı əhatə edən pandemiya bəlasına qarşı qlobal mübarizə məhz Azərbaycanın qətiyyəti və fəal iştirakı ilə təşkil edildi – yenə də, vaxtında müdaxilə ölkəmizin fəal siyasi aktor rolunu üzə çıxarmış oldu.
Qələbəmiz üçün təməl, gələcəyimiz üçün işıq…
2020-ci il Vətən müharibəsi… Özündə 44 günü birləşdirən bu təqvim təbii olaraq, Azərbaycanın dövlətçilik tarixinin ən mühüm, həyati və şərəfli anlarından biridir. Bu 44 gün ərzində Azərbaycan 1993-cü ildən bu yana, 27 il ərzində qazandığı bütün uğurlarını göz önünə sərdi – hərbi sahənin inkişafında nail olduqlarımız, heç zaman gözardı edilməməli olan mənəvi vətənpərvərlik hisslərimizin gücləndirilməsi yönündə görülən işlər, beynəlxalq dəstəyin qazanılması, daxili sabitliyin və həmrəyliyin təmin olunması, vahid mövqenin nümayişi nəhayət ki, dəmir yumruq kimi düşmənin başını əzdi – 30 ilə yaxın işğal altında olan torpaqlarımız öz azadlığına qovuşdu. Bu gün rahat şəkildə təhlil etmək imkanımızın olduğu o ağır, çətin, keşməkeşli günlərimizdə ard-arda qələbəyə nail olmağımızın əsasında dayanan ən əsas məqamlardan biri Prezident İlham Əliyevin ifadə etdiyi “Biz hər şeyi vaxtında edəcəyik” frazasına dövlətin, xalqın inamı idi – bu inam, artıq üstündən 3 il ötən qələbənin təməl bazası olmaqla yanaşı, gələcək inkişafımız üçün də bir işıqdır.
23 aprel səbəblərinin 19 sentyabr nəticələri
2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatın imzalanmasının ardından Prezident İlham Əliyevin xalqa müraciətində bir məqam xüsusilə seçildi – artıq Qarabağ münaqişəsi yoxdur, biz torpaqlarımızı işğaldan azad etmişik. Bu tezis ölkə əhaləsinin qələbə ruhunun ətrafında birləşməsini təmin etdi. Öz Liderinə, Müzəffər Ali Baş Komandanına etimad göstərən Azərbaycan xalqı “nəyi, nə vaxt, necə edəcəyini” dəqiq bilən rəhbərinin bütün məsələlərin həllinə təmkinlə, bütün addımları vaxtında ataraq nail olduğuna inanırdı. Bu inam ötən 3 ilin bütün günlərində, saatlarında özünü biruzə verdi – həmin dövrdə müəyyən fasilələrlə davam edən lokal antiterror tədbirləri, aparılan danışıqlar, sülhün detalları bir həqiqətin üzərinə işıq salırdı – Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri durmayacaq. Vaxtı qabaqlamaq, tələsmək bəzən ziyan gətirər – 23 apreldə Laçında əsası qoyulan dövlət sərhəd buraxılış məntəqəsi cəmisi
6 ay sonra Xankəndinin mərkəzində Azərbaycan bayrağının dalğalanmasına zəmin formalaşdırdı. Yenə də başa dönürük – planlı şəkildə inkişaf edən prosesdə vaxt amili öyük anlam daşıyır: məhz prosesin təbii və nəzarətimizdə gedən axarının inkişafı Qarabağ separatizmini yer üzündən silməklə yanaşı, Qarabağ cinayətkarlarını ölkəmizin ədalət mühakiməsi qarşısında başı aşağı dayanmasını təmin etdi.
Yeni dövr üçün çağırış - bütün məqsədlərimizə nail olacağıq…
Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində “Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq”, deyən dövlət başçısı qarşıdakı mərhələ üçün növbəti qələbənin, növbəti uğurun, növbəti nailiyyətin anonsunu verir. Bəli, qlobal cəmiyyətlərin qurulduğu yeni inkişaf dövrünü özündə əks etdirən XXI əsr fərdiliyi təbliğ etsə də, Azərbaycan Cənubi Qafqazda tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışır. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məqsədimiz regionda sülh, inkişaf və əməkdaşlıqdır – biz səbrlə, təmkinlə, və ən əsası hər şeyi vaxtında edərək bunlara da nail olacağıq…
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

