Haqlı və ədalətli mövqedən güc alan qətiyyət!
30.11.2023 [10:00]
Qərb bu reallıqları görür və qəbul edir...
Azərbaycan yeni inkişaf mərhələsi formalaşdırır
Son günlər regionda inkişaf edən proseslər xüsusilə diqqət çəkməkdədir. Belə ki, regional inkişafın yeni mərhələsini müəyyənləşdirmiş və bu istiqamətdə qətiyyətli addımları ilə seçilən Azərbaycan böyük bir coğrafiyanın iqtisadi-siyasi mənzərəsinə mühüm ştrixlər əlavə etməkdədir. SPECA-nın Bakı zirvəsi olduqca mühüm məsələlərin üzərinə işıq saldı - Azərbaycan artıq Mərkəzi Asiya, Cənubi Qafqaz, hətta Körfəz ölkələrinin Qərblə əlaqələrində mühüm koordinatorluq məsuliyyətini üzərinə götürür. Cəmisi 3 il öncə ərazi bütövlüyünü təmin etmiş, bu ilin sentyabrında isə qondarma xuntanı ləğv etməklə bölgədə separatizmin sonunu gətirmiş Azərbaycan yeni iqtisadi-siyasi xəritə təqdim edir - burada təhlükəsizliyin təmini, iqtisadi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, yeni platformaların təşkili və çoxşaxəli münasibətlərin qurulması öncül yerləri tutur. Azərbaycan böyük bir kommunikasiya xəttinin əsas stansiyalarını təyin edir - Şərq ilə Qərbi birləşdirəcək yolların şaxələndirilməsi istiqamətində addımlar atır, Şərq-Qərb yeni enerji xəttini formalaşdırır, yaşıl dəhliz yaradır. Ən əsası qətiyyətli iradə nümayiş etdirir...
ABŞ-ın mövqeyi: geriçəkilmə, yoxsa rasional yanaşma?
Məhz bu qətiyyətli iradə bütün çətinliklərin öhdəsindən, ortadakı bütün “problemlərin” aradan qalxmasına şərait yaradır. Noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizə xitabən “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq” deyə absurd fikir irəli sürürdüsə, bu günün reallığında rəsmi Vaşinqton Azərbaycanla münasibətlərin əhəmiyyətini önə çəkir. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edir. Bu, olduqca mühüm məqamdır - 10 gün ərzində O’Braynın “ritorikasından” “xahiş” mərhələsinə keçid hansı məqamlara əsaslanır? Əsas məsələ budur.
Təbii ki, ABŞ-ın dünyanın aparıcı gücü olması, qlobal proseslərdə oynadığı rol və təsiredici mexanizmləri şübhəsiz və mübahisəsiz mövzudur. ABŞ dünyanın mühüm siyasi qütbüdür və bu reallıq qəti şəkildə qəbul olunur. Amma özünü “siyasi güc” sayan dövlət apardığı siyasətdə davamlı xəttə, açıq konsepsiyaya malik olmalıdır - xüsusilə, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrin möhkəmləndirilməsi, iqtisadi rentabelliyin artırılması məsələsi aktuallığını artırdıqca, yeni komponentlər üzə çıxdıqca, bu siyasi xəttin ardıcıllığı təmin olunmalıdır. Təəssüflər olsun ki, ABŞ-ın son addımları bunu təkzib edir - erməni lobbisinin təsiri və təhriki altında anti-Azərbaycan ritorikasının seçilməsi, münasibətlərini normallaşdırmaq niyyətində olan tərəflərə münasibətdə fərqli standartların tətbiqi, beynəlxalq hüququn ortaya çıxardığı reallıqları gözardı etmək istəkləri Vaşinqtonum siyasi pozisiyasına uyğun deyildi. Başqa sözlə, ABŞ özünün xarici siyasət kursunu Menendezlərin və onun kimi erməni lobbisinin təsiri altında olan siyasətçilərin şəxsi, korporativ maraqları üzərində sistemləşdirməməlidir - tam əksinə, Azərbaycanla səmimi, bərabərhüquqlu və ədalətli münasibətlərin inkişafı Vaşinqtona çox şey qazandıra bilər.
Rəsmi Bakı bir daha sübut etdi ki...
Bəli, dünənə qədər Azərbaycanla əlaqələrin inkişafını “istisna edən” O’Braynın birdən - birə “Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq baxımından əsl fürsət görürük” deməsi maraq doğurur - fikirlərinin davamında Departament rəsmisi bütövlükdə ABŞ-ın “istəyini” səsləndirir: “Bunun hesabına biz bütün regionun faydalanması imkanını görürük. Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”.
Bu fikirlər, bu məqamlar ABŞ-ın Azərbaycanın regiondakı çəkisindən, fəaliyyətinin “faydalı iş əmsalından”, regional inkişafın perspektivinə qazandırdığı sürədən xəbərdar olduğunu deməyə əsas verir. Özü də etiraf edir ki, sülh hər kəs üçün fürsətlər yaradır - başda Ermənistan olmaq şərti ilə. Bunun üçün isə neqativ təsirlərin, arqumentsiz iddiların, təhdid ritorikasının kənara qoyulması gərəkir. ABŞ-ın Azərbaycandan xahişi, ölkəmizin irəli sürdüyü şərti qəbul etməsi ilkin mərhələdə yüksək dəyərləndirilir - amma bu, davamlı və səmimi olmalıdır. Azərbaycan sülhlə bağlı açıq mövqeyə sahibdir - biz davamlı və dayanıqlı sülhün tərəfdarıyıq. Azərbaycan kövrək və qısamüddətli sülh niyyətində deyil. Bunun üçün isə bütün detallar ən xırda nüanslarına qədər müzakirə edilməli və razılaşdırılmalıdır. ABŞ-ın və ya bir başqa dairələrin kor-koranə sülh iddiası səsləndirməsi, bəzi məqamlarda isə hətta tərəfləri sülhə məcburetmə kimi anlaşılacaq “bəyanatlar” səsləndirməsi qəbuledilməzdir. Azərbaycan bir daha bütün dünyaya nümayiş etdirdi ki, rəsmi Bakı ilə təhdid dili ilə danışmaq yersizdir. Bizim müstəqil və milli maraqlara söykənən, açıq və regional inkişafı hədəfləyən siyasi kursumuz siyasi iradəmizin proyeksiyasıdır. Qətiyyətimiz haqlı və ədalətli mövqeyimizdən güc alır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49

