Azərbaycanın İKT sektoru üzrə göstəriciləri xeyli yüksəlib
12.06.2012 [23:41]
Bu gün Azərbaycan dünyada sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yerdə dayanır. Düzgün müəyyənləşdirilmiş siyasət, həmçinin, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırıb. Hazırda ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı və Azərbaycanda biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına xüsusi diqqət yetirilir. Qeyri-neft sektorunun inkişafında isə böyük rol informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun üzərinə düşür. Dünya təcrübəsi və son dövr maliyyə böhranı bir daha göstərdi ki, İKT-nin daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə böhranın təsiri daha az müşahidə olunur. Bu məqsədlə dövlət elm, təhsil və İKT-nin əlaqəli inkişafını diqqət mərkəzində saxlayır, elmi-texnoloji tutumlu innovativ layihələrin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahənin sürətli və dinamik inkişafı investisiyalar yönəldilməsi ilə təmin edilib. Nəticədə son illər İKT sektoru Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sahə kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib.
Təsadüfi deyil ki, mayın 25-də 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev İKT-nin inkişaf etdirilməsini ölkənin prioritetlərindən biri adlandırıb: “Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını görürəm. çünki ümumiyyətlə, dünyanın inkişafı bu istiqamətdə gedir. Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir”.
Bir neçə ildir ki, sözügedən sahənin inkişafı istiqamətdə dövlət tərəfindən ardıcıl addımlar atılıb. Rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təkcə 2004-2010-cu illərdə bu sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artıb və özəl sektorun İKT bazarında payı genişlənərək 80 faizə çatıb. 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artıb. Bu, uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, ötən il sözügedən sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulub. Həmçinin, hesabat dövründə internet istifadəçilərinin sıxlığı 65, genişzolaqlı üzrə isə 30 faizi ötüb. Hər iki göstəriciyə görə ölkəmiz ümumdünya orta göstəricilərindən iki dəfədən çox irəlidədir. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşüb. Qeyd edək ki, ölkəmiz “İKT Qiymət Səbəti” göstəricisi üzrə 2009-cu ildə 161 ölkə arasında 99-cu yeri paylaşırdısa, 2010-cu ilin qiymətləndirmələrinə görə, 46 pillə irəliləyərək 165 ölkə arasında 53-cü yerə yüksəlib. ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə Azərbaycan inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Bu gün Azərbaycanda informasiya texnologiyaları (İT) sənayesi də inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir və onlar elektron bankçılıq, kommersiyanın yayılması proseslərində aktiv iştirak edirlər. Azərbaycanın İT şirkətləri region bazarlarına çıxış əldə edib və regionda bir çox layihələrdə müvəffəqiyyətlə iştirak edirlər. Bu gün xarici şirkətlərin ölkəmizə marağı da böyükdür və bu da layihələrin uğurlu perspektivinin təminatçısıdır.
İlin əvvəllərində ümumdünya İqtisadi Forumunun (üİF) informasiya texnologiyalarının inkişafına (Global İnformation Technology Report 2012) dair açıqladığı yeni hesabatı da deyilənləri təsdiq edir. Belə ki, Azərbaycan dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötənilki mövqeyini 9 pillə yaxşılaşdırıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

