Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb

02.06.2025 [20:18]

Dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 30-da DSX-nin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn və özünü Malayziya vətəndaşı Satyaselan Vijiyan kimi təqdim edən şəxsin sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhəsi yaranıb. Bu səbəbdən o, sərhədçilər tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka vətəndaşı, 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.

Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31