Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Zaqatalada hoteldə yanğın baş verib

Zaqatalada hoteldə yanğın baş verib

01.02.2026 [12:28]

"Zaqatala Hotel"də yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hotelin birinci mərtəbəsində yerləşən hamam və sauna otağında qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərlə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində hotelin hamam və sauna hissəsində 150 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Yanğın söndürülən zaman bir nəfər yüngül xəsarət alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Hazırda hadisə yerində soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31