Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib

“Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib

09.08.2024 [14:52]

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşıb. 1/8 final mərhələsinə təsadüf edən görüş güləşçimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gələcək.

Bu gün, həmçinin digər sərbəst güləşçi Turan Bayramov (74 kiloqram) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30