Azərbaycanda sağlam və fəal həyat tərzinin təbliğinə dair anlaşma memorandumu imzalanıb
18.04.2015 [09:59]
Aprelin 17-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil, eləcə də Gənclər və İdman nazirlikləri, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti arasında “Bakı-2015” ilk Avropa Oyunlarının sosial idman irsi olaraq sağlam və fəal həyat tərzinin təbliği, kütləvi bədən tərbiyəsi üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel imzalayıblar.
Memoranduma əsasən MOK, Təhsil, habelə Gənclər və İdman nazirlikləri, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilati və şirkətin isə maliyyə dəstəyi ilə həyata keçirilən “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Azərbaycanda əhalinin, xüsusən də ailələrin müntəzəm olaraq idmana cəlb edilməsi üçün çoxşaxəli fəaliyyət həyata keçiriləcək. İlk Avropa Oyunlarının sosial idman irsinin tərkib hissəsi kimi, FASA proqramından “Bakı-2015”in təbliğində geniş istifadə olunacaq.
Tərəflər FASA proqramı çərçivəsində 2015-ci ildə ailəvi idman mühiti üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq, həmçinin bu proqramın televiziya versiyasının hazırlanması, ən fəal ailənin seçilməsi və mükafatlandırılması, məktəblərdə ailəvi idman mühitinin təşviqi üçün icma idman festivallarının və digər kütləvi idman tədbirlərinin, məktəb, rayon, şəhər səviyyəli ənənəvi ailəvi idman yarışlarının təşkili və məktəblərdə FASA proqramının təqdimatı, Avropa Oyunlarının təşviqinin həyata keçirilməsi, ailəvi idman festivallarında idmançıların və milli federasiyaların cəlb olunması və s. məsələləri əhatə edir.
Müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ailəvi idman yarışları barədə məlumat verib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, FASA proqramının önəmindən bəhs edib. Ç.Hüseynzadə deyib ki, Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti ilə MOK Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edir. Bu müddətdə 12-dən çox müxtəlif layihə həyata keçirilib. Bu layihələrdən ən uzunmüddətlisi və geniş miqyaslısı FASA proqramıdır. Ölkəmizdə FASA proqramı 2013-cü ildən “Coca-Cola” şirkəti ilə bağlanan müqavilə əsasında həyata keçirilir. Beş il müddətinə nəzərdə tutulan layihəyə 2014-cü ildən Təhsil, bu ildən isə Gənclər və İdman nazirlikləri qoşulub ki, bu da təqdirəlayiq haldır. Biz ailələrin Avropa Oyunlarındakı idman yarışlarını seyr etməsinə imkan yaratmaq istəyirik.
MOK-un vitse-prezidenti layihənin uğurlu fəaliyyətinə, bu proqramda fəal iştirakına, uşaqlar, gənclər və onların valideynləri arasında sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanın təşviqinə görə bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, Avropa Oyunlarının cəmiyyətin sosial inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Avropa Oyunlarının həm ölkəmizin inkişafının göstəricisi olduğunu, həm də idmana və sağlam həyat tərzinə marağın artmasına səbəb olacağını bildirib. Nazir FASA proqramının Azərbaycanda ailələrin fəal həyat tərzinə və idmana sevgisini artırmaq üçün yaxşı imkan olduğunu deyib. O, bu proqramın Avropa Oyunlarının təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılmasının vacibliyini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov belə sosial idman layihələrinin davamlı olacağını, əhali, xüsusilə ailələr və şagirdlər arasında fəal yaşayış tərzinin inkişafına, onların fiziki sağlamlıqlarının qorunmasına mühüm töhfə verəcəyini deyib.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel proqrama verdiyi dəstəyə görə minnətdarlığını bildirib, MOK və təmsil etdiyi qurum arasında uğurlu əməkdaşlıqdan danışıb. O, belə sosialyönümlü idman layihələrinin Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə təsirindən danışaraq deyib: “MOK ilə birgə 2013-cü ildən icrasına başladığımız FASA ailəvi idman yarışları vasitəsilə indiyədək ölkənin 40 rayon və şəhərinin 300-dən çox məktəbini əhatə edərək on minlərlə insanı müntəzəm fiziki fəaliyyətə cəlb etmişik”.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət, FASA proqramının bir hissəsi olan ailə yarışlarının əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməkdir. İştirakçılara dəstək olmaq üçün ailəvi idman yarışlarına Milli Olimpiya səfiri - Olimpiya çempionu Fərid Mansurov da qatılacaq.
Tədbirdə FASA proqramından bəhs edən videoçarx nümayiş olunub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

