/ / İsrailli jurnalist: Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi əsl şedevr idi. Bu mərasimdə Qərb və Şərq rəqabət aparmır, bir-birini tamamlayırdı
İsrailli jurnalist: Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi əsl şedevr idi. Bu mərasimdə Qərb və Şərq rəqabət aparmır, bir-birini tamamlayırdı
26.06.2015 [10:22]
“Mən çox təəssüflənirəm ki, İsraildə futbol, basketbol, cüdo və bəlkə bədii gimnastika istisna olmaqla, idmanı çox nadir hallarda xatırlayırlar. Digər tərəfdən təəssüflənirəm ki, İsrail cəmiyyətində ölkələrimiz arasında dostluq münasibətləri barədə məlumat azdır, ümumiyyətlə, İsraildə Azərbaycanı hələ lazımınca tanımırlar. Mənim fikrimcə, bu böyük problem bizim ümumi səylərimizlə həll edilməlidir. Tamamilə əminəm ki, Azərbaycan öz turizm potensialına görə, ən azından, Gürcüstandan zəif deyil, lakin hələlik bu potensialdan, yumşaq desək, lazımınca istifadə edilmir”.
İsrail radio verilişlərinin məşhur aparıcısı, İsrailin Birinci radiosunun informasiya xidmətinin rəhbəri, bu yaxınlarda Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Mark Kriçevski bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Mark Kriçevski deyib: “Açılış mərasimi, əlbəttə, superfantastik hadisə idi. Məncə bu məsələdə iki fikir ola bilməz. Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi əsl şedevr idi. Bu mərasimdə Qərb və Şərq rəqabət aparmır, bir-birini tamamlayırdı. Mən hadisələrə çox nadir hallarda birmənalı şəkildə qiymət verirəm, lakin bu elə hadisədir ki, ona yalnız heyran olmalıyıq. Bir məqamı da qeyd etmək lazımdır ki, adamların sayının hədsiz çox olmasına baxmayaraq, istər stadionda, istərsə də metroda hər hansı təhlükə hissi duyulmurdu. Hər şey çox dəqiq təşkil edilmişdi. Olimpiya stadionunun özündə misli görünməmiş təhlükəsizlik tədbirləri təmin olunmuşdu, mən hətta İsraildə də belə bir hadisəni xatırlamıram”.
İsrailin Birinci radiosunun informasiya xidmətinin rəhbəri Avropa ölkələrinin bəzi dairələri tərəfindən Azərbaycana qarşı açıq-aşkar, bəzən də sifarişli hücumların əsassız olması barədə sualın cavabında qeyd edib ki, bu fakta sadə və sakit münasibət göstərmək lazımdır, hərçənd aydındır ki, bu, mürəkkəb, bəzən isə adama ağır gələn məsələdir. Mark Kriçevski vurğulayıb: “İsrailin sabiq baş naziri Qolda Meirin belə bir kəlamı vardı: “Dünyada nə danışırlar danışsınlar, əsas məsələ yəhudilərin nə etmələridir”. Həmin kəlamda “yəhudilər” sözünü “azərbaycanlılar” sözü ilə əvəz edin, onda öz sualınıza cavab alarsınız. Siz öz yolunuzla gedin, başqalarının sizdən istədiyi işləri yox, Azərbaycan üçün daha yaxşı və daha faydalı olan işləri görün. Düşmənlərinizə isə labüd bəla kimi münasibət bəsləyin, çünki özünüz dediyiniz kimi, onlar olublar, vardırlar və olacaqlar. Düşmənlər sizin inkişafınız üçün daha bir stimul olmalıdır. İnanın ki, əgər biz İsraildə öz “dostlarımız”ın hamısına fikir versəydik, çoxdan ağlımızı itirərdik. Amma, gördüyünüz kimi, biz sağ-salamatıq və özümüzü tamamilə yaxşı hiss edirik”.
AZƏRTAC xatırladıb ki, anons kimi verilmiş məlumata görə İsrailin Birinci radiosu “Bakı-2015” birinci Avropa Oyunları haqqında xüsusi radio verilişi hazırlayır. Mark Kriçevski buna cavab olaraq deyib ki, o, həmin verilişin təkcə birinci Avropa Oyunları haqda deyil, ilk növbədə həmin Oyunlardan və gözəl Bakıya səfərindən aldığı təəssüratlar barədə veriliş olacağına ümid bəsləyir.
“Axı mən idman jurnalisti deyiləm, mən siyasət və cəmiyyət məsələləri üzrə ixtisaslaşmışam. Məni maraqlandıran - insanlardır, onların problemləridir. Özümü daha sərbəst hiss etmək üçün çox adamla, özü də kifayət qədər səmimi söhbət etmişəm. Mən “Media Kəndi”ndə yox, mehmanxanada qalıram. Bakıdakı dostlarımın hamısına ürəkdən təşəkkür edirəm, onlar bu məsələdə mənə çox kömək etdilər. Mən jurnalistlərlə birlikdə mütəşəkkil səfərlərdən imtina etdim, ictimai nəqliyyatdan, ilk növbədə məşhur Bakı metrosunun xidmətlərindən istifadə edirəm.
Buna görə həmin verilişdə əsasən yol qeydlərimdən istifadə edəcəyəm. Təbii ki, Bakıda keçirilən birinci Avropa Oyunlarına böyük yer veriləcək, xüsusən ona görə ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Azərbaycan mətbuatında fəal çıxış edən, Azərbaycan dilini gözəl bilən, yerli sakinlərin mentalitetinə yaxşı bələd olan, Azərbaycanın İsraildə populyarlaşdırılması naminə böyük və səmərəli iş aparan Arye Qut ilə birlikdə veriliş hazırlamaq mənim üçün çox maraqlı və vacibdir.
Mən çox istəyirəm ki, müasir Azərbaycanı insanlara tanıdım. Bakıda səfərdə olduğum müddətdə öyrənmişəm ki, Azərbaycanda qadınlar səsvermə hüququnu hələ 1918-ci ildə - bütün müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni Böyük Britaniyada və Amerikada qadınların belə bir hüququ olmadığı bir vaxtda əldə ediblər. Hətta mənim İsraildə boya-başa çatmış 20 yaşlı kiçik qızım da əmin idi ki, sizin gözəl qadınların hamısı çadra örtür. Buradan qızıma göndərdiyim fotoşəkilləri görəndə o çox heyrətləndi. Düşünürəm ki, onda əvvəl yaranmış yanlış əminlik həm İsrail üçün, həm də Azərbaycan üçün ciddi qüsurdur. Biz bir-birimizi təkcə hökumətlər səviyyəsində deyil, adi insanlar səviyyəsində də yaxından tanımalıyıq, çünki bizim ölkələrimiz və xalqlarımız arasında çox vacib insanlıq körpüsü var - bu, Azərbaycandakı yəhudi icması və İsraildə əslən Azərbaycandan olan sakinlər icmasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08

