Boks üzrə İsrail yığmasının baş məşqçisi: Ürəyimizdə Azərbaycana böyük və sonsuz məhəbbət qaldı
03.07.2015 [09:50]
“Bakıda birinci Avropa Oyunları Avropanın həyatında əlamətdar və tarixi idman hadisəsi oldu. Əsl və həqiqi idman bayramının gözəl təşkilinə görə Azərbaycan rəhbərliyinə, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istəyirəm”. Bu sözləri boks üzrə İsrail yığmasının baş məşqçisi Valeri İlyayev AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
Məşqçi deyib: “Artıq 15 ildir ki, İsrail yığmasının heyətində, demək olar, bütün dünya və Avropa yarışlarında olmuşam. Açığını deyim ki, bu cür yüksək səviyyəli təşkilatçılıq heç yerdə olmayıb. Bu, çox yüksək, hətta çəkinmədən deyə bilərəm ki, belə tədbirlərin keçirilməsi üçün analoqu olmayan menecment pilotajıdır. Unutmayaq ki, Azərbaycan Ermənistan ilə müharibə vəziyyətindədir, ölkə ərazisinin 20 faizi işğal altındadır və o, bu səviyyədə tədbiri ilk dəfədir keçirir. Ancaq ölkə rəhbərliyinin müdrikliyi və siyasi cəsarəti sübuta yetirdi ki, müstəqil Azərbaycan dünya səviyyəli idman tədbirlərini keçirməyə nəinki qadirdir, o, həm də Avropanın bütün ölkələrinə belə yarışları necə və hansı səviyyədə keçirməyi göstərir”.
V.İlyayevin fikrincə Azərbaycan xalqı ən qonaqpərvər və mehriban xalqdır. O deyib: “Bir israilli kimi, qardaş və dost Azərbaycana görə qürur hissi keçirirdim, idmançı kimi isə təkcə təşkilatçılıq səviyyəsinə görə deyil, həm də dünya səviyyəli möhtəşəm idman komplekslərinin yaradılmasına və Azərbaycan idmançılarının hazırlıq səviyyəsinə heyran qaldım. Boks yığmamız uğurla çıxış etdi. Qeyd edim ki, əslən Azərbaycandan olan, Rusiya Yəhudiləri Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayev həmişə yığmamıza böyük dəstək göstərib, indi də göstərir”.
O, daha sonra deyib: “Yadımdadır ki, 137 idmançıdan ibarət komandamız Bakıda akkreditasiyanı 10 dəqiqə ərzində keçdi. Görünməmiş hadisə idi. Doğrusu, belə halla heç vaxt rastlaşmamışdım. Nümayəndə heyətimizin çox yaxşı qəbul olunmasına görə bütün İsrail komandası adından Azərbaycana, Prezident Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirdik. Təhlükəsizliyimizə görə narahat deyilik. Gözəl və qonaqpərvər Bakı isə 16 gün ərzində bizim üçün səadət və şadyanalıq evinə çevrildi. Əminəm ki, Oyunlarda iştirak edən 6 min atletdən hər biri mənim sözlərimi təsdiq edər, çünki Bakıdakı qonaqpərvərliyi və yüksək səviyyəli təşkilatçılığı indiyədək görməmişəm və düşünürəm ki, heç vaxt da görməyəcəyəm, çünki bu keyfiyyətlər Azərbaycan xalqının ruhunu, onun arzu və istəklərini, fəxri qonaqlarına ehtiramını nümayiş etdirir”.
V.İlyayev Qərbin bəzi KİV-ləri tərəfindən hücumlar və tənqid ilə bağlı suala cavabında bildirib ki, bu, Azərbaycana qarşı təxribatdır. O deyib: “Mən açılışda və yarışlarda olmuşam və açığını deyim, Azərbaycan dünyaya tədbirləri hansı səviyyədə keçirməyi real şəkildə göstərdi. O göstərdi ki, məhz multikultural və tolerant Azərbaycan dünyaya örnəkdir. “Qara piar”a və Avropanın müəyyən dairələrinin sifarişlərinə baxmayaraq, Azərbaycan rəhbərliyi sübuta yetirdi ki, Odlar Yurdu əsl Avropa ölkəsidir. İki il yarım sürən rekord müddətdə Azərbaycanda ağlasığmaz miqyasda işlər görüldü. Bakıda gözəl Gimnastika Areanası, VMX-Velopark, Su İdmanı Arenası, Atıcılıq Mərkəzi, habelə Oyunların açılış və bağlanış mərasimlərinin keçirildiyi Bakı Olimpiya Stadionu kimi yeni idman obyektləri sıfırdan inşa edildi. Bunu təkcə mən demirəm. Boks üzrə Rusiya yığmasının baş məşqçisi Aleksandr Lebzyak, Ukrayna yığmasının baş məşqçisi Dmitri Sosnovski, Türkiyə yığmasının baş məşqçisi Nikolay Xromov, Litvanın baş məşqçisi Vladimir Abayev də eyni fikirdədirlər. Bakıda birinci Avropa Oyunlarına heyran qaldıqlarını bildirən bu yüksək səviyyəli peşəkarlar boks zallarının adıçəkilən ölkələrin heç birində olmayan yüksək səviyyəsini vurğulayıblar. İsrailin boks üzrə baş məşqçisi kimi, Azərbaycanda boksun inkişafına böyük və ölçüyəgəlməz töhfə vermiş Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun və bu qurumun vitse-prezidenti Süleyman Mikayılovun böyük rolunu vurğulamaq istəyirəm”.
İsrail eksperti qeyd edib ki, İsrail komandası Bakıda birinci Avropa Oyunlarında iştirakından böyük qürur duyur. Bu Oyunlar Avropanın həqiqi idman bayramı idi. V.İlyayev deyib: “Azərbaycan çox işlər görüb və Avropa Oyunlarını keçirmək üçün Avropaya çox yüksək səviyyə nümayiş etdirib. Digər tərəfdən İsrail komandasının üzvləri çox gözəl Avropa şəhəri olan Bakıya dəlicəsinə vurulublar. Bu şəhəri mütləq görmək lazımdır. Biz Bakını tərk etdik, amma ürəyimizdə Azərbaycana və onun qonaqpərvər xalqına böyük və sonsuz bir məhəbbət qaldı. Qoy Ulu Tanrı Avropanın ən yaxşı idmançılarına səmimi və müqayisəedilməz münasibətinə görə Azərbaycanı və onun xalqını hifz etsin”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32

