“Pensandbooks”: Azərbaycan IV İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırdır
26.12.2015 [11:27]
Misirin nüfuzlu “Pensandbooks” nəşri AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsini dərc edib. 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçiriləcək Oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin və 5 mindən çox idmançının iştirakı gözlənilir.
Məqalədə qeyd olunur ki, bu ilin iyun ayında Bakıda ilk Avropa Oyunlarının uğurla keçirilməsindən sonra Azərbaycan IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə fəal surətdə hazırlaşır. Oyunların hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq onu qəbul etməyə tam hazır olduğunu bildirir.
Müəllif yazır ki, İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi barədə qərar Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının VIII hesabat-seçki Baş Assambleyasında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
Məqalədə, həmçinin qeyd edilir ki, Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Prezidentin sözlərinə görə, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Prezident, həmçinin vurğulayıb ki, paytaxtın qonaqları Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir, dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək. Bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək.
Daha sonra məqalədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilir. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini bildirib. O, xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir. Diqqətə çatdırılır ki, o, Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanda gedən böyük inkişaf proseslərinin, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığının şahidi olduğunu bildirib. O, Azərbaycanın İslam Həmrəylik Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.
Məqalədə, həmçinin noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) IX Baş Assambleyasının keçirilməsi haqqında geniş məlumat verilir. Qeyd olunur ki, tədbirdə 40-dan çox ölkənin təxminən 90 nümayəndəsi, o cümlədən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Əbdüləziz Əl Səud iştirak edib.
ISSF-in vitse-prezidenti Hamad Kalkaba Malboum bildirib ki, ISSF Azərbaycan hökumətinin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini, Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi olduğunu və dünyada həmrəylik təbliğ etdiyini göstərir.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan islam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına həmişə böyük töhfə verib. Xüsusilə qeyd edilir ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci ildə isə Azərbaycanın qədim Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

