/ / Hamad Kalkaba Malboum: Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün doğru seçimdir
Hamad Kalkaba Malboum: Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün doğru seçimdir
13.05.2016 [09:37]
Bakıda Dördüncü İslam Həmrəylik Oyunlarına hazırlıq işləri ilə bağlı bu gün olduqca səmərəli müzakirələr apardıq. Təşkilat Komitəsi bu sahədə xeyli iş görüb. İnanıram ki, bütün işlər uğurla və yüksək səviyyədə həyata keçiriləcək. Çünki ölkə rəhbərliyi də bu məsələdə fəal dəstək nümayiş etdirir. Düşünürəm ki, Azərbaycan məhz bu baxımdan Oyunlara ev sahibliyi üçün doğru seçimdir. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəyə sahibik. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın IV İslam Həmrəylik Oyunlarına hazırlıq məsələlərini diqqət mərkəzində saxlamalarından çox məmnunuq və buna görə minnətdarlığımızı bildiririk. Onların dəstəyi olmasa, hazırlıq işlərini yüksək səviyyədə təşkil edə bilmərik. Azərbaycandan arxayınlıqla qayıdacağıq. Çünki burada bütün işlərin plana uyğun olaraq yüksək səviyyədə aparıldığını müşahidə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri IV İslam Həmrəylik Oyunlarının başlamasına bir il qaldığı vaxtda - mayın 12-də bu mötəbər yarışa hazırlıq işlərini qiymətləndirmək məqsədilə İslam Həmrəylik İdman Federasiyasının (İSSF) Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən rəhbər işçilərinin toplantısının yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında İSSF-in birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Malboum deyib.
Mətbuat konfransında, həmçinin Azərbaycanın gənclər və idman naziri, IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İSSF-in ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Faysal Abdulaziz Al Nassar iştirak ediblər.
Tədbirdə İslam Həmrəylik Oyunları haqqında məlumat verən Azad Rəhimov Bakıda təşkil ediləcək bu mötəbər yarışın idman tədbiri olmaqla yanaşı, möhtəşəm mədəniyyət festivalına da çevriləcəyini bildirib. Nazir Təşkilat Komitəsinin təklifləri əsasında iştirakçı ölkələrin milli mədəniyyətlərinin nümayiş etdiriləcəyini də vurğulayıb.
Oyunların proqramına milli idman növü olan zorxananın da salındığını qeyd edən nazir deyib: “Zorxananın təbliği bizim üçün prioritet təşkil edir. Bu, çox məşhur idman növüdür. Bu idmanın İslam ölkələrinin bəzilərində məşhurluğu getdikcə artmaqdadır. Çalışacağıq ki, İslam Oyunlarında da ən cəlbedici fəndləri nümayiş etdirək”.
İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda möhtəşəm idman qurğularının olduğunu deyən Azad Rəhimov hər hansı yeni arenanın inşa edilməyəcəyini deyib. O, yarışlara ümumilikdə 8 min könüllünün cəlb edilməsinin planlaşdırıldığını vurğulayıb. Bildirib ki, Oyunlar çərçivəsində keçiriləcək futbol turnirində səkkiz ölkənin milli komandaları mübarizə aparacaq. Futbol yarışı böyüklər arasında keçiriləcək. İslam ölkələrində futbol çox məşhur idman növüdür. Biz də istərdik ki, futbola maraq daha da artsın. Bu yarışda hansı ölkələrin iştirak edəcəyi hələ dəqiq müəyyənləşməyib və seçim prosesi davam edir. Oyunlarda dörd kateqoriya üzrə paracüdo yarışlarının da keçiriləcəyini qeyd edən A.Rəhimov vurğulayıb ki, Azərbaycan ev sahibi olduğu üçün bütün idman növlərində təmsil ediləcək. Nazir yarışlara biletlərin dörd ay əvvəldən bütün idman mərkəzlərində satışa çıxarılacağını vurğulayıb.
Sonra IV İslam Həmrəylik Oyunlarının yeni loqosunun və brendinin təqdimatı olub, bu barədə videoçarx nümayış etdirilib.
Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlanmış brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini təmsil edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qayaüstü təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə ahəng təşkil edir. Brend biletlərin və uniformaların üzərində əks olunacaq.
Diqqətə çatdırılıb ki, IV İslam Həmrəylik Oyunlarında təmsil olunacaq ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələrinin iştirakı ilə mayın 13-də toplantı keçiriləcək. Artıq 40-dək ölkədən 70-dən çox nümayəndə Bakıdadır. Onlar paytaxtımızla və buradakı idman qurğuları ilə tanış olacaqlar. İclasda Oyunlar zamanı təhlükəsizlik, akkreditasiya, nəqliyyat və digər məsələlər müzakirə olunacaq.
Dördüncü İslam Həmrəylik Oyunları gələn il mayın 12-22-də keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09

