“Formula-1” Avropa Qran-prisinə hazırlıq işləri başa çatmaq üzrədir
14.06.2016 [10:23]
İyunun 13-də mətbuat nümayəndələrinin “Formula-1” Avropa Qran-prisinin Hökumət evinin qarşısında yerləşən Paddok ərazisinə məlumat turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri burada yaradılmış şəraitlə yaxından tanış olublar.
“Formula-1” Avropa Qran-prisinin sınaq yarışlarına iki gün qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer heyətlərin formalaşdığını, tikintinin isə başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, dünən axşamdan etibarən trek ərazisindəki yollar bağlanıb. Çünki səki kənarındakı bütün tikintilər tamamlanmalıdır. Təxminən 83 yerdə yol hərəkətinin bağlanması ilə əlaqədar işlərin yekunlaşdırılması nəzərdə tutulur. 87-47 nömrəli avtomobil bu gün səhər Avropa Qran-prisində iştirak edəcək yarış maşınlarını əraziyə gətirəcək. Bəzi heyətlər artıq şəhərdədir. Digərləri isə bu gün gələcəklər. Ümumiyyətlə, hazırlıq işləri planımıza uyğun qaydada, vaxta tam riayət etməklə tamamlanmağa doğru gedir. Heyətlər tam gəldikdə hazırlığımız yekunlaşacaq. Artıq Bakıda olan heyətlər burada gözlədiklərindən də mükəmməl şəraitlə üzləşdiklərini bildiriblər.
T.Butçer deyib: “Bakı öz hazırlığını bütün dünyaya göstərir. Görək, dünya Bakının ona təklif etdiyini qəbul etməyə hazırdır, ya yox? Hamıdan xahiş edirəm ki, yarışlara gəlsin, yürüş zamanı ölkəsini, şəhərini və bu layihəni dəstəkləsin. Trasın sonuncu yoxlanışı iyunun 15-də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri tərəfindən aparılacaq. Bundan sonra tras yarışa tam hazır olacaq”.
Sonra media nümayəndələri “Abşeron” tribunasında yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, bu tribuna yarışın start və finiş xəttinin yaxınlığında yerləşir. Azarkeşlər idmançıların mükafatlandırılması mərasimini buradan aydın izləyə biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24

