"Xatirə Kuboku" turniri bu gün başlayır
20.06.2009 [09:56]
Bu il iyul ayının 14-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyi tamam olur. Bu münasibətlə ölkədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlərdən biri artıq bu gün başlayır. Belə ki, “Yeni Azərbaycan” qəzetinin təşəbbüsü ilə KİV komandaları arasında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümünə həsr olunmuş futzal üzrə “Xatirə Kuboku” turniri start götürür. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirin oyunları Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Bazasında (“Neftçi”nin keçmiş bazası, Azadlıq prospekti 128 ) olacaq.
Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Təşkilat Komitəsinin, iştirakçı komandaların, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Futzal Federasiyası nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirildi. İlk öncə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, belə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Budəfəki turnir isə Ulu öndərin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilib. Məqsəd Ulu öndərin ölkə üçün gördüyü nəhəng işləri bir daha yad edərək gənc nəslə çatdırmaqdır. Təkrarolunmaz şəxsiyyət olan Ulu öndər Heydər Əliyev həmişə xalqına xidmət edib. Azərbaycanın siyasi həyatının 1969-1982-ci illər dövrü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə ölkədə böyük işlər görüldü, Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Bu işlərin bir daha yada salınması, gənc nəslə çatdırılması üçün belə turnirlərin keçirilməsinə ehtiyac var.
Baş redaktor qeyd etdi ki, “Xatirə Kuboku” turnirinin keçirilməsinin digər məqsədi televiziya, informasiya agentlikləri və qəzet əməkdaşlarının mədəni istirahətini təşkil etmək, jurnalistlər arasında həmrəyliyi daha da gücləndirməkdir. Bundan əlavə, KİV komandaları arasında ən yaxşılarını müəyyənləşdirmək və futzal oyununun respublikada daha da məşhurlaşmasına yardım etmək üçün də bu turnir bir vasitə olacaq.
Daha sonra çıxış edən Azərbaycan Futzal Federasiyasının (AFF) baş katibi Mahmud Sadıqov “Yeni Azərbaycan” qəzetinin təşəbbüsünü yüksək qiymətləndirərək turnirin ən yüksək səviyyədə keçirilməsi üçün çalışacaqlarını bildirdi. Baş katib məlumat üçün qeyd etdi ki, təşkilatçı kimi “Yeni Azəbaycan” qəzetinin futzal komandası turnirin açılış matçını keçirəcək və buna görə də bu komanda A qrupunun birinci komandası seçilib. Qalan 15 komanda arasında isə püşkatma mərasimi olacaq.
“Səs” qəzetinin baş redaktoru və “Səs” informasiya agentliyinin baş direktoru Bəhruz Quliyev “Xatirə Kuboku” turnirinin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirirək vurğuladı ki, Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də “Yeni Azərbaycan” qəzetinin təşəbbüsünü dəstəkləməklə KİV orqanları Ulu öndərin mətbuatın inkişafı üçün göstərdiyi xidmətləri yüksək qiymətləndirdiklərini nümayiş etdirmiş olurlar. ölkədə idmanın inkişaf etdiyini, bütün regionlarda Olimpiya İdman Komplekslərinin istifadəyə verildiyini vurğulayan Bəhruz Quliyev bildirdi ki, bu siyasətin əsas məqsədlərindən biri gənc nəslin sağlam böyüməsini təmin etməkdir.
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin (GİN) nümayəndəsi Əliniyaz Mirzəyev KİV orqanları arasında belə bir yarışın keçirilməsini yüksək dəyərləndirdi və qeyd etdi ki, Ulu öndərə həsr edilmiş turnirlər ölkə xaricində də keçirilir. Məsələn, hər il Ukraynada televiziya komandaları arasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turniri keçirilir. GİN rəsmisi “Xatirə Kuboku” turnirinin yüksək səviyyədə keçirilməsi üçün Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Bazasında yer ayrıldığını qeyd edərək, yarış iştirakçılarına uğurlar arzuladı.
Püşkatmadan əvvəl məlumat verən AFF rəsmisi M.Sadıqov bildirdi ki, 5+1 prinsipi ilə keçiriləcək turnirin növbəti mərhələlərində heç-heçə olacağı təqdirdə hər biri 5 dəqiqədən ibarət olan iki əlavə vaxt oynanılacaq və burada da hesab dəyişməsə, 7 metrlik zərbələr təyin ediləcək. İştirakçı komandaların “lipa”larla bağlı qaldırdığı problemə toxunan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəti olaraq bildirdi ki, bu məsələ nəzarətdə saxlanılacaq və “lipa”ların turnirdə iştirakına imkan verilməyəcək. Belə bir hal olacağı təqdirdə həmin komandaya ilk olaraq xəbərdarlıq ediləcək, əgər “lipa”nın oyunda iştirakı təsdiqlənərsə həmin komandaya texniki məğlubiyyət veriləcək.
Daha sonra iştirakçıların səbirsizliklə gözlədiyi püşkatma mərasimi oldu. Əvvəlcə qrup birinciləri seçildi, daha sonra ardıcıl şəkildə püşkdən çıxan komanda adları ilə 4 qrup formalaşdırıldı. Qrupun ilk oyunu bu gün saat 12:00-da “Yeni Azərbaycan” qəzetinin komandası ilə “Səs” qəzetinin komandası arasında olacaq. Qeyd edək ki, iyunun 20-dən iyulun 14-dək keçiriləcək turnirdə komandalar dairəvi sistem əsasında mübarizə aparacaqlar. Qruplarda ilk iki yeri tutan komandalar baş mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaqlar. Turnirin oyunları şənbə və bazar günləri olacaq. “Xatirə Kuboku”nun qalibi və 3-cü yerin sahibi iyulun 14-də keçiriləcək oyunlardan sonra bəlli olacaq. Qaliblərin mükafatlandırılması elə həmin gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında gerçəkləşəcək.
Qrupları və oyunların təqvimini təqdim edirik:
A
1. “Yeni Azərbaycan”
2. “Səs”
3. “Həftə içi”
4. Az TV
V
1. Lider TV
2. AzərTAc
3. “SİA”
4. “Zaman”+”çempion”
S
1. “Kaspi”
2. “Olaylar”
3. “Şərq”+”525-ci qəzet”
4. “Palitra”+”Paritet”
D
1. Xəzər TV
2. ANS TV
3. “İki sahil”
4. ATV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

