Qadın idman gimnastlarımız qızıl, kişi atletlərimiz isə gümüş medala sahib olublar
16.05.2017 [09:26]
Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikasında növbəti təsnifat mərhələsi və komanda hesabında mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, idman gimnastikası yarışlarında Azərbaycanı kişilərdən Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, qadın atletlərdən isə Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.
Azərbaycanın qadın idman gimnastları komanda hesabında IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Komandamız 99.300 xal toplayıb. Türkiyə millisi 96.050 xalla ikinci, İndoneziya isə 68.150 xalla üçüncü olub.
Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.
Çempion gimnastlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
Kişilərdən ibarət komandamız isə yarışda gümüş medala sahib olub. Atletlərimiz komandamızın aktivinə 161.700 xal yazdırıblar. Türkiyə 163.450 xalla birinci, İran isə 152.150 xalla üçüncü yeri tutub.
Mükafatlandırma mərasimində medalları atletlərə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe təqdim edib.
Gimnastlarımız müxtəlif hərəkətlər üzrə final mərhələsinə yüksəliblər. İdman gimnastikasının ayrı-ayrı hərəkətləri üzrə final mərhələləri və mükafatlandırma mərasimi mayın 15-də keçirilib.
Xatırladaq ki, həmin gün bədii gimnastika yarışında da Azərbaycan gimnastları qızıl medallara sahib olublar. Gimnastlarımızın ilk qızıl medalını Azərbaycana Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva qazandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

