Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
27.12.2018 [09:45]
Dekabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Hesabat ilində Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirliyin dəstəyi ilə gənclər sahəsində 183 tədbir keçirilib. Onların 165-i yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Həmçinin 246 nəfər xarici ölkələrə ezam olunub, min nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət və qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışlarını yüksək qiymətləndirib. Ç.Hüseynzadə deyib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.
Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.
Cari ildə Avropa və dünya çempionu olan güləşçi Eldəniz Əzizli, titullu güləşçimiz Mariya Stadnik, paracüdoçu Bayram Mustafayev, cüdoçu Hidayət Heydərov, güləşçi Cəbrayıl Həsənov, taekvondoçu Radik İsayev, gimnast Mixail Malkin, gözdən əlillər arasında dama üzrə dünya və Avropa çempionu Pərviz Həsənov, şahmat üzrə dünya reytinqində üçüncü olan Şəhriyar Məmmədyarov, kikboksçu Elxan Əliyev və karateçi Rafael Ağayev “İlin ən yaxşı idmançıları” nominasiyasında qalib elan olunublar.
“İlin ən yaxşı məşqçiləri” nominasiyasında Vaqif Feyzullayev (güləş), Fərhad İsmayılov (stolüstü tennis) və Tərlan Həsənov (cüdo) təltif ediliblər.
Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyası idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə mükafata layiq görülüb.
Azərbaycan Güləş Federasiyası “İlin ən yaxşı federasiyası”, stolüstü tennis üzrə qızlardan ibarət yığmamız isə “İlin ən yaxşı komandası” seçilib.
Tədbirdə, həmçinin ilin ən yaxşı idman hakimləri, idman qurğuları, ən fəal idman veteranı, idman həkimi, Argentinada Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən atletlər, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri müəyyənləşib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

