Qurban Qurbanov nədən ehtiyatlanır?
21.01.2022 [22:00]
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Serbiyanın “Boçka Tobola” və Polşanın “Şlyonsk” komandalarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib. “Yeni Azərbaycan” xəbər verir ki, o, müvafiq olaraq 0:1 və 2:3 hesabı ilə uduzduqları görüşlə bağlı bunları söyləyib:
“Hər iki oyundan razı qaldım. Futbolçuların yüklənməsinin son günü idi. Əvvəlki günlərdə həddən artıq yüklənmişdilər. Bu prosesi yaxşı oyunla tamamlamaq istəyirdik. Yaxşı rəqiblərlə qarşılaşdıq. Hər iki oyunda rəqibin bizdən daha hazırlıqlı olduğunu gördük. Futbolçularımız hər iki matçda 90 dəqiqə dinamik oyun sərgilədilər. Eyni zamanda, rəqib də bizi buna məcbur etdi. Razı qaldığım daha bir məqam əksər futbolçuların 90 dəqiqə meydanda qalması oldu. Matçdan sonra dərhal fiziki göstəricilərə də nəzər saldıq. Bəzi oyunçuların göstəricilərindən çox razı qaldım. Qarşıdakı iki gündə yaxşı istirahət edəcəklər, bərpa məşqləri olacaq. İnşallah, son oyunda daha yaxşı vəziyyətdə olacağıq”.
Qurbanov yeni oyunçuların hazırlıq səviyyəsindən və uyğunlaşma prosesindən də söz açıb: “Adaptasiya pis deyil. Amma hazırlıq səviyyəsi komandada olan oyunçulardan aşağıdır. Çünki heyətə gec qoşulublar, daha çox məşqsiz qalıblar. Ona görə bir az ethiyatlanırıq. Onların optimal formaya düşməsinin digərlərindən daha çox alacağını düşünürəm. Əsas odur ki, çox istəklidirlər”.
Baş məşqçi bu iki oyunda şans verdiyi gənclərin mövsümün qalan hissəsində rəsmi matçlarda da meydana çıxacaqlarını söyləyib: “Mütləq! Qarşıda daha iki yoxlama oyunumuz var. Heyətdə rotasiyalar aparacağıq, hansı futbolçular daha hazırlıqlı olacaqsa, tapşırıqlara daha dəqiq əməl edəcəksə, onlara şans verəcəyik. Bütövlükdə, heyətdəki hər bir futbolçudan razıyam”.
Qurbanov Serbiya klubu ilə oyunda Rüstəm Əhmədzadəni sağ cinah vingeri kimi oynatmasına da aydınlıq gətirib: “Rüstəm Ukraynada da daha çox sağ cinahda çıxış edirdi. Bilirsiniz ki, mən sağ cinahda oynayan futbolçunun yaxşı sol ayağının olmasını da xoşlayıram. Rüstəm sürətli oyunçudur. İlk oyunda da rəqib müdafiəçilərlə mübarizədə bir neçə sürətli reydi ilə onlardan aralanmağı bacardı. Yaxşı ötürmələri də oldu. Onu həm bu cinahda, həm də ön xətdə yoxlamağa çalışacağıq. Qarşıdakı günlərdə, aylarda onun tam potensialını üzə çıxarmaq üçün müxtəlif mövqelərdə oynamasına şərait yaradacağam. Rüstəmin yaxşı gələcək vəd edən futbolçu olduğuna inanıram”.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

