İşaxtaranlar üçün yeni maliyyə dəstəyi
31.07.2024 [10:30]
Dünya Bankı Azərbaycanda “Məşğulluğa Dəstək Layihəsi”ni genişləndirəcək
Dünya Bankı (DB) Azərbaycana yeni 150 milyon dollar dəyərində maliyyələşmə paketini təsdiqləyib. Bankın İcraçı Direktorlar Şurasının qərarına əsasən, yeni maliyyə tranşı çərçivəsində “Məşğulluğa Dəstək Layihəsi”nin (MDL) genişləndirilməsi üçün əlavə təminatlar yaradılacaq. Layihənin məqsədi keçmiş məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.
Qeyd edək ki, Azərbaycan hökuməti Dünya Bankı ilə 4 ildən artıqdır ki, “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əməkdaşlıq edir və bank bu prosesdə davamlı donorluğunu göstərir. Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarını qurmağa kömək etməkdir. Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır.
“Məşğulluğa Dəstək Layihəsi” bir sıra komponentlər üzrə fəaliyyət istiqamətlərini əhatə edir ki, əsas prioritet Özünüməşğulluq Proqramının (ÖMP) əhatəsinin və effektivliyinin artırılmasıdır. MDL çərçivəsində həmin proqramın miqyasının və dəstək dairəsinin genişləndirilməsi, benefisiarlar üçün əlavə təlimlərin və biznesə dəstək xidmətlərinin təqdim edilməsi, proqramın idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirilməsi əsas prioritetlərdəndir.
DB ilə birgə ötən müddətdə layihə çərçivəsində əmək bazarının qiymətləndirilməsi və dayanıqlı məşğulluq strategiyasının hazırlanması, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, işaxtaranlar üçün məlumatlandırma, profilləşdirmə, bacarıqların qiymətləndirilməsi və digər işlər yerinə yetirilib. Son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Benefisiarların qiymətləndirilməsinə əsasən, MDL iştirakçılarının 70 faizindən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət etmək və AMDL çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib ki, layihə üzrə görülən işlər təqdir oluna bilər və tədbirlər planı üzrə görülmüş işlər Azərbaycanda daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təmin etmək üçün bu problemlərin həllinə kömək edir.
DB bu istiqamətdə Azərbaycan hökumətinə dəstəyini artıracağını bildirir. Belə ki, əlavə maliyyələşdirmə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığı təşviq etmək üçün istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanın Özünüməşğulluq Proqramına dəstəyini davam etdirəcək. Bundan başqa, bu maliyyələşdirmə benefisiarlara öz bizneslərini genişləndirmək üçün nağd vəsaitlərdən istifadə etməyə imkan verən təkmilləşdirilmiş nağd qrantlar mexanizmini sınaqdan keçirməyə kömək edəcək. Yeni hədəflərə uyğun olaraq işaxtaranlar üçün xidmət və proqramlarının çeşidini genişləndirilməsi nəzərdə tutulur ki, yeni dəstək vasitəsilə iş yerlərində təlim, əmək haqqı subsidiyaları, şagirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Proqramın icrası işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir. Ümumilikdə, 2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 22 min şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur.
MDL-in həmçinin, insan kapitalı potensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndirilməsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. Layihə, həmçinin Dünya Bankı Qrupunun Azərbaycan Hökuməti ilə hazırda müzakirə olunan 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlıq Çərçivəsində əsas prioritetlərdən biri kimi müəyyənləşmiş daha məhsuldar və inklüziv iş yerlərinin təşviqinə stimullar yaratmağı nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədinin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzərində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Eləcə də, ÖTÇ-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir. Bu baxımdan, DB-nin Azərbaycanda sosial islahatlara, o cümlədən layiqli əmək və iş şəraitinin yaradılmasında ölkəmizə uzunmüddətli dəstək verəcəyi istisna deyil.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

