Pensiya və müavinət alanlar üçün əlverişli platforma
31.07.2024 [10:40]
“Sosial tərəfdaş” layihəsi müxtəlif satış mərkəzləri və tibb ocaqlarından 30 faizə yaxın endirimlə mal və xidmətlər əldə etməyə imkan yaradır
Ölkəmizdə aztəminatlı və sosial baxımdan həssas qrupların sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr icra olunur ki, əsas məqsədi həmin şəxslərə müxtəlif malların və xidmətlərin əldə edilməsində daha əlverişli və əlçatan imkanların yaradılmasıdır. “Sosial tərəfdaş” layihəsi də bu strateji mərama xidmət edən geniş platforma kimi minlərlə insanı əhatə etməkdədir. Bu layihə çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər nağdsız şəkildə alış-veriş edərək endirimlərdən faydalanmaq imkanı əldə edirlər.
2023-cü ilin noyabr ayından tətbiqinə başlanan “Sosial tərəfdaş” layihəsinə indiyədək ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət inteqrasiya olunub. Layihə çərçivəsində sosial ödəniş alan şəxslərə bu layihəyə qoşulmuş tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Əsas tərəfdaşlardan ərzaq və qeyri-ərzaq malları satan market və mağazaların sırasında “Al market”, “Bazarstore”, “Ordubad Market”, “Spar Market” hər həftə xüsusi endirimlərlə həssas sosial qrupların ucuz mal almasını təmin edir. Ərzaq malları üzrə endirimlər 2-5 faiz, digər məhsullarda isə 30 faizə qədər endirim təklif edir.
Geyim, məişət, elektronika, mebel və akssesuarlar, tikinti, inşaat, maşın hissələri və digər mallarının 10-25 faiz endirim tətbiq etdiyi mağazalardan isə “Aymar Company”, “Accessorize”, “Adidas”, “Almond Kulinariya”, “Antaris”, “ABV”, “AvtoDetal” “BY Telekom”, “Bioderma”, “Baku Electronics”, “Mitshubishi Electronics”. “Pink Accessories”, “Saloni Mebel”, “Calvin Klein”, “Coccinelle”, “Carpisa”, “Faik Sönmez”, “Gavali Nuts and Delights”, “Grafis Store”, “Xurcun”, “İdeal Aksesuar”, “Kral İnşaat”, “Mobitek”, “Monna Lisa” və ümumilikdə 100-ə yaxın mağazadan sosial imtiyaza malik şəxslərin yararlanması üçün imkanlar yaradılıb.
Səhiyyə ocaqlarından “Azevromed”, “Appro Hospital”, “ARS Reabilitasiya Mərkəzi”, “Ahu Estetik”, “Az Dent”, “AVAZ Eşitmə və Nitq Mərkəzi”, “Amana”, “Apex Clinic”, “AsMed Ortopedi”, N.Tusi Adına Klinika, Oksigen Klinik Xəstəxanası, “Azad Gülüş Dental Clinic”, “AQS Dental Klinika”, “Badam Medical Center”, “Bəyaz Diş Klinikası”, Bioloji Təbabət Klinikası, “Bioestetik Group”, “Büllur Klinika”, Baku Medical Plaza, “32 Beauty Billur Dent”, “Dialab Klinika”, “Dentamed Estetik Stomatoloji”, “Dr. Smiles Dental Boutique”, Dünya Göz Klinikası, Dünya Diş Klinikası, “Florence Tibb Mərkəzi”, “32 Gözəl Müasir Stomotoloji Klinika”sı, Hövsan Tibb Mərkəzi və digər tibb müəssisələri 5-30 faiz civarında sosial endirimlər tətbiq edir. Ümumilikdə, sosial tərəfdaşlığa qoşulmuş klinika və tibb mərkəzlərinin sayı 50-dən artıqdır.
Son aylarda restoran və qida şirkətləri də sosial qruplara öz qapılarını açaraq aşağı tariflər onlara xidmətlərini təklif edir. Məsələn, çeşidli menyusu, yüksək xidmət keyfiyyəti ilə seçilən “Özsüt Azerbaijan” da partnyorlar sırasına qoşulub. “Avis” apteklər şəbəkəsi bu sosial zəncirə daxil olaraq 10 faizə yaxın güzəştlə dərmanları sosial ödəniş alan şəxslərə təklif edir.
“Sosial tərəfdaş” layihəsində alış-veriş edən, xidmətlərdən faydalanmaq istəyən şəxslərin mütləq sosial ödəniş kartı üzərində olmalıdır, çünki ödənişlər yalnız bu kartla aparılır, digər kartlarla ödənişlər qəbul edilmir. Sosial ödəniş alanların ailə üzvlərindən istənilən şəxsin həmin kartla bu fürsətdən faydalanmaq imkanı da var. Yeri gəlmişkən, mağaza və marketlər ümumi endirim kampaniyası zamanı sosial kart sahibləri ikiqat faydalan bilirlər. Belə ki, əgər hansısa mağazada bütün müştərilər üçün məhsula 25 faiz endirim tətbiq olunursa, sosial qrupun üzvü 50 faiz endirimdən yararlanır.
Qeyd edək ki, layihəyə cəlb edilmiş partnyor şirkətlər respublikamızın bütün bölgələrində fəaliyyət göstərir ki, bu da “Sosial tərəfdaş”ın miqyasının daha da artmasına imkan yaradır. Bunun nəticəsidir ki, indiyə qədər “Sosial tərəfdaş” layihəsi çərçivəsində qeyd edilən sosial kateqoriyadan olan şəxslər tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər.
“Sosial tərəfdaş” layihəsi həm də ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılması və stimullaşdırılması ilə bağlı hökumətin rəqəmsal planlarının tərkib hissəsidir. Son illərdə təmassız ödənişlərin artmasını stimullaşdıran əsas alətlərdən biri kimi “ƏDV geri al” layihəsi, banklar tərəfindən sərfəli “cashback” təklif edən mexanizmlərin istifadəyə verilməsi, plastik kartlarla ödənişlər zamanı müxtəlif lotereyalarda iştirak və s. tədbirlər də bu strategiyaya xidmət edir. Həmin stimulverici və təşviqedici tədbirlər insanların ödəniş vərdişlərini dəyişir və insanlar plastik kartlarla ödənişlər edərək bu imkanlardan yararlanırlar. Vətəndaşların nağdsız ödənişlərə müsbət yanaşması iqtisadiyyatda şəffaflığın artmasına səbəb olur. Plastik kartlarla ödənişlər real vaxt rejimində həyata keçirilir və elektron qaydada dövriyyələri izləmək mümkün olur.
Nağdsız cəmiyyət quruculuğu sayəsində müsbət dinamika bu cür layihələrin səmərə verdiyini təsdiqləyir. Hazırda ölkəmizdə banklar və “Azərpoçt” sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 18 milyon ədədi ötüb ki, bu, son bir ildə 20 faiz artım deməkdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

