Yeni sərmayə fondu...
24.08.2024 [10:25]
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələr arasında investisiyaları cəlb edəcək
Avqustun 22-də Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub. Yeni iqtisadi struktur Azərbaycan və Özbəkistan arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq edəcək, iki dövlətin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafında vasitəçilik funksiyasını həyata keçirəcək. Həmçinin dövlət və özəl sektorun nümayəndələrini vahid sərmayə platformasında birləşdirərək onların qarşılıqlı sərmayə qoyuluşlarının istiqamətlərini müəyyənləşdirərək sərmayə proqramlarının icrasında koordinasiyaedici rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” 2022-ci il 21 iyun tarixli Bəyannaməni və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi haqqında” Sazişə əsasən təsis edilib. Yeni qurum 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməsini təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Bu, ilkin maliyyə kapitalıdır və qarşıdakı illərdə layihələrin və iqtisadi prioritetlərə uyğun nizamnamə fondunun artırılması nəzərdə tutulur. Hüquqi şəxs statusuna malik şirkət müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və öhdəliklər götürmək, məhkəmədə, arbitrajda və münsiflər məhkəməsində iddiaçı və cavabdeh olmaq hüququna malikdir.
Fondun nizamnamə kapitalı layihələrə investisiya qoyulduqca artırılacaqdır və birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələrə daha çox dəstək verəcək. Əsas prioritet idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqidir ki, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur, çünki yerli istehsal qarşılıqlı mübadilə olunmaqla iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcək və başqa dövlətlərdən mal asılılığını azaldacaq.
Şirkətin strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşının olması şərtilə, qarşılıqlı maraq doğuran mövcud və yeni yaradılmış təsərrüfat subyektlərinin nizamnamə kapitalında minoritar payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı da nəzərdə tutulur ki, bu da şirkətə mühüm maliyyə institutu funksiyasının səlahiyyətlərinin verilməsi demıəkdir.
İnvestisiya şirkəti Azərbaycan və Özbəkistan arasında birgə sərmayələrin təşviqi ilə yanaşı, üçüncü ölkələrin ərazisində də qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsində fəal rol oynayacaq. Sözsüz ki, burada əsas coğrafi istiqamətlər kimi Türk dövlətləri nəzərdə tutulur. Türk Dövlətləri Təşkilatının Qarabağ Bəyannaməsindən irəli gələn vahid sərmayə proqramlarının həyata keçirilməsinə töhfə verməklə İnvestisiya şirkəti türkdilli ölkələrin coğrafiyasında aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və digər prioritetlərə sərmayə cəlb edə bilər. Bu baxımdan şirkətin maliyyə kapitalının daha da böyüyərək gələcəkdə dayanıqlı iri sərmayə institutuna çevrilməsi də istisna deyil. Bu strateji plana əsasən, birgə investisiya layihələrinin həyata keçirilməsi üçün yeni maliyyə alətlərindən istifadə daha da genişləndiriləcək və bu amil ölkələrin ixrac-idxal imkanlarından daha səmərəli istifadəsinə zəmin yaradacaq. Eyni zamanda, iki türk dövlətinin müştərək investisiya proqramlarında regional rolunu artıracaq.
Azərbaycan və Özbəkistan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institunun imkanlarından faydalanmaq niyyətindədir. Məhz bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadi əməkdaşlığın artırılması üçün birgə layihələrin təşviqi, iqtisadiyyatın, sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu bu hədəflərə çatmaqda ən optimal maliyyə mənbəyi rolunu oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

