/ / “Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub
08.10.2024 [22:47]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri, özəl sektor iştirakçıları və media nümayəndələri iştirak ediblər.
Sözügedən iclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə müzakirə olunub.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, cari il üzrə icra müddətləri yaxınlaşan və ya bitən tədbirlərin statusları barədə işçi qrupu çərçivəsində kommunikasiya davamlı aparılıb. Bunun nəticəsi olaraq “Qİİ-2023” hesabatında qiymətləndirilməsi mümkün olmayan 6 alt indikator üzrə məlumatlar müəyyən edilib və “Qİİ-2024” hesabatında dərc olunub.
Samir Məmmədov işçi qrupun iclasında dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakının növbəti aylar üzrə hədəflərin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər, həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları müzakirə edilib.
İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul olunub.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

