Aqrar Sığorta Fondu fermerlərə müraciət edib
14.10.2024 [17:29]
Aqrar Sığorta Fondu (ASF) əkin sahələrini vaxtında sığortalamaq və sığorta müqaviləsi əldə etməklə əlaqədar fermerlərə müraciət ünvanlayıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, ASF-nun İdarə Heyətinin sədri Fuad Sadıqov sahələrini sığortalayan fermerlərin sayı və sığortanın əhatə etdiyi əkin sahələrinin miqyasının sürətlə artdığını deyib.
Onun sözlərinə görə, bəzi hallarda fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, sığortalanma prosesini dekabr ayına qədər ləngidirlər, bu hal isə onların zərərlə üzləşməsinə səbəb olur.
“Artıq minlərlə fermer dövlətin yaratdığı bu imkandan istifadə etməkdə və faydalanmaqdadır. Ölkədə sığortalanan əkinlərin sahəsi 400 min hektarı keçib. Sentyabrda bəyan olunan əkinlər bəzən dekabrın sonunda sığortalanır. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da əkin sahəsinin həmin vaxt baş verə biləcək hadisələr qarşısında təminatsız olması deməkdir. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur”, - deyə o bildirib.
O, bunu nəzərə alaraq fermerləri baş verə biləcək hadisələrdən qorunmaq üçün əkin sahələrini vaxtında sığorta etməyə çağırıb.
Aqrar sığorta tarifləri təbiət və iqlim xüsusiyyətləri səbəbindən ölkənin müxtəlif regionları üzrə fərqlidir. Sığorta haqqının 50 faizi isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatan olur. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.
Sığorta prosesində fermerlərə dəstək olmaq məqsədilə əkin sahəsini bəyan etmiş fermerlərə Aqrar Sığorta Fondundan müvafiq SMS göndərilir. Burada əkin sahəsinin sığorta haqqı və nəzərdə tutulan məhsuldarlıq göstərilir.
Əgər fermerin nəzərdə tutduğu məhsuldarlıq göstəricisi SMS-də göstəriləndən fərqli olarsa, fermer bu barədə Fonda müraciət edərək, sığorta müqaviləsində məhsuldarlığı dəyişə bilər.
Fermerlər öz əkin sahələri üzrə sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablaya bilərlər.
Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ilk 8 ayında isə 3,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, yanğın, üçüncü şəxslərin hərəkətləri və sair hadisələrdən sığortalayır.
Fermerlər əkin sahələrini sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, müqavilə bağlamaq mümkündür.
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

