Azərbaycanda istinad standartları hazırlanacaq
16.10.2024 [16:42]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan işlərin icrası məqsədilə yaradılan işçi qrupun növbəti iclasını keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istinad standartlarının hazırlanmasına dair iclasda Nazirlər Kabineti, o cümlədən 2024-cü il üzrə İş Planında nəzərdə tutulmuş tapşırıqların icrasına məsul olan Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Azergold” QSC və digər dövlət qurumlarının, o cümlədən standartlaşdırma üzrə texniki komitələrin 100-dən artıq nümayəndəsi iştirak edib.
İclas işçi qrupun cari il üzrə iş planında nəzərdə tutulan tapşırıqların icra statusu, istinad edilmiş standartlar istiqamətində görülən işlər, habelə həmin tədbirlərin icrası zamanı yaranan çətinliklər barədə müzakirələrin aparılması məqsədilə keçirilib.
İclasda Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdir müavini Faiq Hüseynov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış ediblər. Çıxışlar zamanı Dövlət Proqramında yer alan tədbirlərin icra vəziyyəti və texniki tənzimləmə sisteminin qurulması sahəsində dövlət siyasəti barədə məlumat verilib, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartlarının əhəmiyyətindən söz açılıb.
Daha sonra Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor müavini Kəmalə Məmmədzadə istinad edilmiş standartların təsdiq edilməsi istiqamətində görülmüş işlərə dair təqdimatla çıxış edib. Təqdimat çərçivəsində aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə həmin standartların qəbul edilməsi prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları ətrafında müzakirələr aparılıb.
İş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair hazırlanması nəzərdə tutulan 34 milli texniki reqlamentdən 27-nin layihəsi artıq hazırdır. Eyni zamanda, beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin texniki reqlamentlərdən irəli gələn 5192 istinad edilmiş standartın siyahısı hazırlanıb.
Qeyd edək ki, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq olunub. Dövlət Proqramı milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması, istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə dair mühüm sahələri əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

