Qeyri-neft ixracında yüksək artım
27.11.2024 [10:16]
2019-2024-cü illərdə qeyri-neft ixracı 12 milyard dollardan çox olub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Qeyri-nef sektorunda yığımların davamlı şəkildə hər il artması həm ÜDM-də, həm də dövlət büdcəsində neftdənkənar sahələrin payının artmasına səbəb olub. Bu dinamika, eyni zamanda, qeyri-neft ixracının artmasını stimullaşdırıb. 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfədən çox artaraq 12 milyard dollardan çox olub.
10 ayda 2,8 milyard dollar həcmində ixrac
Qeyri-neft ixracı 2024-cü ilin ötən 10 ayı ərzində də dinamikasını qoruyub saxlayıb. Hesabat dövründə qeyri-neft ixracının dəyər həcmi 2,8 milyard dollar təşkil etməklə, ümumi ixrac portfelində payı 10 faizə çatıb. Təkcə oktyabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 342,4 milyon dollara bərabər olub. Ötən ilin oktyabr ayı ilə nisbətdə bu, 23,1 faiz artım deməkdir. Proqnozlara görə, ilin sonunda cəmi ixracın həcmi 3,4 milyard dolları ötəcək və 2023-cü ildəki rəqəmi üstələyəcək. Qeyd edək ki, ötən il Azərbaycanda 3 milyard 348 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Cari ildə bu rəqəmin bir qədər də böyüməsi nəticəsində ölkəmizin qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alına bilər.
Kənd təsərrüfatı məhsullarının ixracı böyüyür
Qeyri-neft istehsalı və ixracında sənaye malları, o cümlədən plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, sement, mis filizləri və konsentratları, elektrik enerjisi, etilen, polipropilen və digər məhsullar üstünlük təşkil etsə də, kənd təsərrüfatı təyinatlı malların ixrac zənbili də kifayət qədər böyüyüb və aqrar ixracın həcm potensialı öz intensiv dinamikasını nümayiş etdirib. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 750 milyon dollara yaxın kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu, ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11 faiz artım deməkdir. Bu dövr ərzində pomidor ixracında 12.4 faiz, xurma ixracında 14.7 faiz, tütün xammalı ixracında 5.1 dəfə, pambıq mahlıcı ixracında 63.3 faiz artım qeydə alınıb. Bu müddət ərzində ölkəmizdən 142 milyon dollar dəyərində pomidor, 52.9 milyon dollar dəyərində xurma, 21.5 milyon dollar dəyərində tütün xammalı, 160.4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunub.
Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac həcmi ilə yanaşı, ixracın coğrafiyasının da genişlənməsi müşahidə edilir. Əvvəlki dövrlərdə kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunurdusa da, hazırda ixrac coğrafiyası Avropa, Asiya, Körfəz ölkələri regionu və Amerikanı da geniş şəkildə əhatə etməkdədir. Çinə, eləcə də Körfəz ölkələrinə ixrac xəritəsinin coğrafiyasının genişləndirilməsi məqsədilə Ticarət evlərinin yaradılması davam etdirilir.
Ənənəvi bazarlardan yeni ixrac coğrafiyasına keçid...
Qeyd edək ki, hazırda ixrac sahibkarlığına ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilir, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geriödəmə dəstəkləri verilir. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. Bu təşviqləri artırmaq üçün hazırda əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, bu motivasiyaedici tədbirlərdən biri kimi 2025-ci ildə logistik subsidiya mexanizminin tətbiqinə hazırlıq görülür. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üşün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır. Nəticədə bu addım azad ərazilərdə çalışan biznes subyektlərinin xərclərinin azalmasına və qlobal bazarlara çıxışını xeyli asasnlaşdıracaq.
Ümumilikdə, bütün bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac pöotensialını formalaşdırmaqdır.
Ötən il Azərbaycanda 3 milyard 348 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Cari ildə bu rəqəmin bir qədər də böyüməsi nəticəsində ölkəmizin qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alına bilər.
Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac həcmi ilə yanaşı, ixracın coğrafiyasının da genişlənməsi müşahidə edilir. Əvvəlki dövrlərdə kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunurdusa da, hazırda ixrac coğrafiyası Avropa, Asiya, Körfəz ölkələri regionu və Amerikanı da geniş şəkildə əhatə etməkdədir. Çinə, eləcə də Körfəz ölkələrinə ixrac xəritəsinin coğrafiyasının genişləndirilməsi məqsədilə Ticarət evlərinin yaradılması davam etdirilir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25

