Qarabağ və Şərqi Zəngəzurun “yaşıl potensia”lı
16.01.2025 [10:03]
Azad ərazilər bərpaolunan enerji istehsalının mərkəzinə çevrilir
2024-cü il Azərbaycanın “yaşıl enerji” üzrə planları gözlənildiyindən də uğurla davam edib, bütün növ bərpaolunan enerji mənbələrində əhəmiyyətli artımlar baş verib. Xüsusilə də, Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji səmərəliliyi qeydə alınıb, ölkənin ümumi enerji sisteminə inteqrasiya prosesi hədsiz dərəcədə yaxşılaşıb. Ötən il bu bölgədə fəaliyyət göstərən 32 su elektrik stansiyasında (SES) 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin enerjinin üçdə biri, təxminən 200 milyon kilovat-saatı işğaldan azad edilən ərazilərin özünün enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublikanın enerji sisteminə ötürülərək digər bölgələrin tələbatına yönləndirilib. Nəticədə 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
2024-cü ildə 7 SES-in açılışı olub
Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonaları elan olunub və bu ərazilərin yüksək potensialının səfərbər edilməsi məqsədilə strategiya hazırlanıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, 2024-cü ildə bu bölgədə bərpaolunan enerji mənbələrinin istehsalı və emalı məqsədilə zəruri infrastrukturlar yaradılıb. Dövlətin maliyyə imkanları hesabına SES inşasına xüsusi diqqət yetirilib. 2024-cü il ərzində ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonu və eyni zamanda, işğaldan azad edilən ərazilərdə ən böyük su elektrik stansiyası hesab edilən 22,5 meqavatlıq “Yuxarı Vəng”, habelə 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux”, 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.
Son 4 ildə 32 su elektrik stansiyası istifadəyə verilib
Həmçinin ötən il azad ərazilərdə bərpaolunan enerji sektorunda özəl investisiya layihələrinin icrasına start verilib, Laçın rayonunun Malıbəyli kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Türkiyənin “Demirören Holding”- “Arges Enerji Teal” şirkətlərinin birgə sərmayəsinə əsasən, Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında elektrik stansiya inşa edilməkdədir. Yaxın vaxtlarda istifadəyə veriləcək “Malıbəy” KSES ildə 14,57 QVt elektrik enerjisi istehsal etməklə ölkəmizin vahid enerji sisteminə qoşulacaq. Eləcə də Laçında inşası davam edən 5 kiçik su elektrik stansiyasının 2025-ci ildə tam istifadəyə verilməsi nəticəsində bölgədə böyük bir enerji potensialı yaranmış olacaq.
Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda son 4 il ərzində 270 meqavat gücündə 32 su elektrik stansiyası istifadəyə verilib, 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Növbəti illərdə isə əlavə olaraq 200 meqavatlıq digər su elektrik stansiyalarının tikilməsi də nəzərdə tutulur.
Günəş stansiyalarına xarici sərmayələr cəlb olunur
Bununla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan ?ünəş enerjisinin istehsalı üçün zəruri infrastrukturların yaradılması istiqamətində yerli və xarici şirkətlərlə iş aparılır.
2024-cü ilin ilin mart ayında “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inşasına start verilib. Ötən il oktyabr ayında SOCAR və bp şirkəti arasında imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) inşa ediləcək. Yeri gəlmişkən, NK-nın qərarına əsasən, Cəbrayıl rayonunun 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə, 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
“Sıfır emissiya” və “yaşıl enerji” ixracı zonası
Digər investorlarla bu bölgədə GES layihələrinin icrası nəzərdə tutulur. Həmçinin Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində texniki potensialı 2000 MVt həcmində qiymətləndirilən külək enerjisinin istehsalı, habelə Kəlbəcər və Şuşadakı geotermal enerji mənbələrinin istismarı istiqamətində layihələrin hazırlanır.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək digər elektrik stansiyalarının tikintisinin başa çatdrılmasından sonra bərpaolunan enerji potensialının gücü 1 QVt-a çatmış olacaq. Bu, həm Azərbaycanın təmiz enerji təminatında mühüm rol oynayacaq, həm də Xəzər-Qara dəniz-Avropa “yaşıl kabel”i üzrə enerji ixracına imkan verəcək.
Göründüyü kimi “sıfır emissiya” zonası elan edilmiş azad ərazilər həm ölkəmizin müasir enerji siyasətinin həyata keçirilməsində potensial güc bölgəsinə çevrilir, həm də karbon emissiyasının azaldılması və təmiz ekoloji enerji mühitinin formalaşmasında aparıcı rol oynayır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

