/ / “Şəhərdən Kəndə”: Ötən il 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib
“Şəhərdən Kəndə”: Ötən il 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib
21.01.2025 [23:12]
Aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 2024-cü ildə Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir, Qusar rayonları üzrə ümumilikdə, 12 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədən sonra İsmayıllı və Masallıda 2 aqroturizm təsərrüfatında abadlaşdırma işləri yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihədə iştirak üçün əsas meyar olaraq aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətlər nəzərə alınır.
2024-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.
İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə, daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə təlimlərə cəlb olunub.
Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.
Qeyd edək ki, 2025-ci ilədək layihə çərçivəsində 342 təsərrüfatdan 391 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 26 təsərrüfatda təmir-abadlaşdırma işləri aparılıb, təsərrüfatlar müxtəlif avadanlıqlarla təmin olunub, onların fəaliyyətinə marketinq dəstəyi verilib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin “Şəhərdən Kəndə” layihəsi “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12

