“Azərenerji”də ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, İdarə Heyəti yaradılıb
17.03.2025 [10:59]
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən, səhmdar cəmiyyətində ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, İdarə Heyəti (İH) yaradılıb.
Belə ki, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Prezident Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İH sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, İqtisadiyyat Nazirliyi isə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi, digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi kimi səlahiyyətlərə malik olacaq.
Bundan başqa, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – ölkə Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH-nin sədri və onun iki müavinindən ibarət İH yaradılır. Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu dövlət başçısı ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

