“ING Group”un proqnozları ümidvericidir
03.04.2025 [10:20]
ÜDM artacaq, inflyasiya sabit qalacaq
Dünyanın nüfuzlu iqtisadi institutlarından olan Niderlandın “ING Group” Azərbaycanda iqtisadi artım və inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb. Qurumun ehtimallarına əsasən, 2025-ci ilin yekununda ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) artımı 3 faiz, növbəti illərdə 2-3 faiz diapazonunda qalacaq. Təhlillərə görə, istehlak yönlü sektorlarda dinamika müsbət qalacaq, əhalinin real gəlir və məşğulluğunun artımı bu prosesin davam etməsinə səbəb olacaq. Həmçinin bank-kredit sektorunda canlanma, xüsusən də pərakəndə kreditlərin sürətli genişlənməsi ÜDM-in böyüməsində təsiredici rol oynayacaq.
“ING Group” analitiklərinin qənaətinə görə, Azərbaycanda ÜDM-in təxminən 50 faizini neft sektoru təşkil etsə də, son illərdə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu amil ölkə iqtisadiyyatı üçün riskləri aradan qaldırır. Ekspertlər hesab edirlər ki, Azərbaycan iqtisadiyyatında nəzərə çarpan yeni dinamika əsas etibarilə iqtisadiyyatın şaxələndirilməsi və müasir sənayeləşməyə əsaslanır. Son illərdə dövlətin maliyyəsi ilə yanaşı, özəl sektorun və xarici sərmayədarların dayanıqlı maliyyə qoyuluşları hesabına ümumi iqtisadi artım böyüməkdədir. Ölkəmizdə sənaye istehsalı göstəriciləri neft sektorundakı azalmaya baxmayaraq, qeyri-neft mənbələri hesabına güclü nəticələr göstərməyə davam etməkdədir. Bu tendensiya qeyri-neft sənayesinə əlavə müsbət təkanlar verməklə, həmin mənbələrdən fiskal yığımlarla bağlı nikbin gözləntiləri əks etdirir.
Digər təşkilatların nikbin proqnozları
Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.
Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.
Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib. Hökumətin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin həcmi 92,2 milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq.
İnflyasiya gözləntiləri riskli deyil
“ING Group” analitik tədqiqat şirkətinin Azərbaycanda orta illik inflyasiya ilə bağlı proqnozu da müsbətdir. Belə ki, yenilənmiş proqnozlara əsasən, ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 faiz, 2026-cı ildə isə 5,8 olacağı gözlənilir. Yeri gəlmişkən, digər beynəlxalq maliyyə institutlarının gözləntiləri Niderlandın iqtisadi təşkilatı ilə təxminən eynidir. “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. 2026-cı ildə isə bu rəqəm 3 faizə düşəcək.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanla bağlı inflyasiya gözləntiləri cari il üzrə 3,6 faiz, 2026-cı il üzrə isə 3,1 faizə bərabərdir. Niderlandın “ING Group”unun apardığı qiymətləndirmədə isə ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,7 faiz olacağına dair ehtimallar yer alıb.
İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanın 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.
Azərbaycan Mərkəzi Bankının (MB) yenilənmiş proqnozlarına əsasən, cari ildə qiymət indeksi 4-5 faiz civarında olacaq. Həmçinin İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, istehlak qiymətləri 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.
Anti-inflyasiya tədbirləri aktuallığını qoruyur
Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2025-ci ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri-mümkündür. Mərkəzi Bank öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı 2025-ci ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri cari il üçün də aktualdır. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Xüsusilə də monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq. Həmçinin, Mərkəzi Bankın mövcud pul siyasəti də inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00

