Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
24.04.2025 [09:35]
Mərkəzi Bank (MB) uçot dərəcələri ilə bağlı növbəti qərarını açıqlayıb. MB İdarə Heyətinin aprelin 23-də qəbul etdiyi qərara əsasən, uçot stavkası dərəcələri sabit saxlanılıb. Belə ki, uçot dərəcəsi 7,25 faiz, dəhlizin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz qalıb. Faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4+2 faiz) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
MB faiz qərarını qəbul edərkən bir neçə ssenarini əsas götürüb ki, onların sırasında inflyasiya amili ilk yerdə dayanır. Belə ki, MB-nin ötən iclasda, yəni martın 12-də verdiyi qərardan sonrakı 40 gün müddətində aylıq inflyasiya hədəf diapazonu daxilində qalıb. Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5,9 faiz olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6,5 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz, xidmətlər üzrə isə 7,5 faiz civarında olub. İllik baza inflyasiya isə 4,5 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının sabit qalması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. Nəticədə faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, qiymət indeksi amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla yekun faiz qərarı verilib.
İnflyasiya sabit qalıb
Uçot dərəcələrinin müəyyənləşməsində xüsusi rol oynayan inflyasiyanın mövcud çərçivəsinin formalaşmasına bir neçə amil ciddi təsir göstərir ki, başlıca fundamental faktor kimi xarici mühiti qeyd etmək olar. Cari ilin ilk rübündə idxal inflyasiyası da təhdidedici xarakter daşımayıb. Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2,7 faiz azalıb, illik isə 2,6 faiz artıb.
Ötən müddətdə Azərbaycanın tədiyə balansının da vəziyyəti qənaətbəxş olub. Xarici ticarət balansında əhəmiyyətli həcmdə müsbət saldo qeydə alınıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9,6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1,8 faiz möhkəmlənib. Bütün bunlar onu təsdiqləyir ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Bu amil həm inflyasiya, həm də manatın sabit məzənnəsinin qorunmasında, valyuta tələbi ilə bağlı riskləri neytrallaşdırmaqda əhəmiyyətli amil kimi rolunu möhkəmləndirir. Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır.
Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək. MB-nin açıqlamasından görünür ki, inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər yenə də qalır. Mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi idxal inflyasiyasının artımı ilə bağlı risklər yaradır.
Ticarət müharibələri qiymətləri artıra bilər
MB hesab edir ki, ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı, maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu amilləri nəzərə alaraq MB anti-inflyasiya tədbirlərinə dəstəyini davam etdirəcək, eyni zamanda, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcək.
Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Belə ki, bu ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5,3 faiz, 2026-cı ildə 4,3 faiz ətrafında olacağı gözlənilir.
Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq verəcək. Növbəti qərarın 2025-ci il iyun ayının 11-də ictimaiyyətə açıqlanacağı nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

