/ / Sabunçu rayonunda “Unudulmaz alim, qayğıkeş ana və nura çevrilən ömür: Oftalmologiyanın zirvəsi” adlı tədbir keçirilib
Sabunçu rayonunda “Unudulmaz alim, qayğıkeş ana və nura çevrilən ömür: Oftalmologiyanın zirvəsi” adlı tədbir keçirilib
27.04.2026 [21:25]
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi ilə əlaqədar “Unudulmaz alim, qayğıkeş ana və nura çevrilən ömür: Oftalmologiyanın zirvəsi” adlı tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Sonra Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, Zərifə xanım Əliyevanın Azərbaycanda geniş yayılmış göz xəstəliklərinə qarşı apardığı tədqiqatlar, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər onun elmə verdiyi töhfələrin yalnız bir hissəsidir. Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır. Onun elmi irsi bu gün də Azərbaycan tibb elminin dəyərli mənbələrindən biri kimi öz aktuallığını qoruyur.
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış akademik Zərifə xanım Əliyeva yalnız elmi nailiyyətləri ilə deyil, yüksək mənəvi keyfiyyətləri ilə də seçilirdi. Onun timsalında biz həm böyük alimi, həm də dərin insani dəyərlərə malik bir şəxsiyyəti görürük. Zərifə xanımın şəxsiyyətini formalaşdıran əsas xüsusiyyətlər – zəngin bilik, yüksək mədəniyyət, insanpərvərlik və Vətənə bağlılıq – onun həyat yolunun hər mərhələsində özünü aydın şəkildə göstərirdi. Zərifə xanım Əliyevanın həyatı həm də böyük sevginin, sədaqətin və mənəvi bütövlüyün nümunəsidir.
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva diqqətə çatdırıb ki, Zərifə xanımı xarakterizə edən ən mühüm cəhət onun sonsuz xeyirxahlığı və sadəliyi idi. Böyük bir dövlət xadiminin – Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, müasir Azərbaycan dövlətçiliyinin varisi cənab İlham Əliyevin anası olması onun çiyinlərinə böyük məsuliyyət qoysa da, o, hər zaman təvazökarlığı ilə seçilirdi. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

