Daha əhatəli hesabatlar hazırlanacaq
02.05.2025 [09:04]
Valyuta Fondunun missiyası ölkəmizdə maliyyə vəziyyəti ilə bağlı hesabatı müzakirə edir
Aprelin 28-də Beynəlxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə Regional İnkişafa Dəstək texniki dəstək missiyasının Azərbaycana səfəri başlayıb. Mayın 2-dək davam edəcək missiya zamanı dövlət təsisatları üzrə maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması əsas müzakirə mövzularını təşkil edəcək.
Səfər çərçivəsində Maliyyə Nazirliyi ilə yanaşı, Mərkəzi Bank, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Sosial Xidmətlər üzrə Dövlət Agentliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, maliyyə hesabatlarının müvafiq təlimatın prinsiplərinə uyğun qaydada tərtib edilməsi müasir dövrün əsas çağırışlarındandır. Bu məqsədlə qurumlar arasında koordinasiyalı işin təşkili və potensialın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar BVF tərəfindən hər il aidiyyəti qurumların iştirakı ilə texniki yardım missiyaları təşkil edilir. Missiyalar çərçivəsində hesabatların tərtibinə dair problemlər araşdırılır, onların aradan qaldırılması, eləcə də məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılır.
Maliyyə statistikasının vəziyyəti qənaətbəxşdir
Beynəlxalq Valyuta Fondu ölkəmizin makroiqtisadi göstəriciləri, qeyri-neft-qaz sektorunun inkişaf perspektivləri, vergi sahəsində islahatlar, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi reinteqrasiyası barədə də daim maraqlanır. Fond, eyni zamanda, Azərbaycanda fiskal islahatlarla bağlı araşdırma və tədqiqatlar aparır və yekun hesabtlar hazırlayır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının vəziyyəti (GFS) əks etdirilir. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar qeyd edilib.
Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühiti təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi də bildirilib.
Həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə IV Maddə Məsləhətləşmələri üzrə görüşləri davam etdirir və bu istiqamət üzrə məsələhətləşmələrdə ölkəmizdə iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.
İqtisadi inkişaf və maliyyə intizamı ilə bağlı gözləntilər nikbindir
Qeyd edək ki, BVF Azərbaycanda iqtisadi inkişaf və maliyyə intizamı ilə bağlı nikbin gözləntilərə malikdir. Fondun bir müddət əvvəl qlobal iqtisadiyyatla bağlı açıqladığı proqnozlarda Azərbaycanla bağlı iqtisadi gözləntiləri nikbin ssenarilərə əsaslanır. “World Economic Outlook” hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri müsbət dinamikasını qoruyub saxlayacaq, 2025-ci il üzrə iqtisadi artım 3,5 faiz gözlənilməklə ÜDM-in nominal həcmi 134 milyard manat və 78,8 milyard dollar proqnozlaşdırılır. 2026-cı ildə isə ölkəmizdə ÜDM-in nominal həcmi 2,5 faiz real artımla 139, 2 milyard manat, 2027-ci ildə 2,4 faiz real artımla 145,8 milyard manat, 2028-ci ildə 2,4 faiz real artımla 153,6 milyard manat, 2029-cu ildə isə 2,5 faiz real artımla 162,2 milyard manat səviyyəsində fərz edilir.
BVF ekspert icması Azərbaycanla bağlı iqtisadi artım ssenarilərini enerji dəyişiklikləri üzərində deyil, əsas etibarilə ümumi iqtisadi güc və xüsusilə də qeyri-neft mənbələrinə əsaslanmaqla tərtib edib. Onların qənaətinə görə, Azərbaycan iqtisadiyyatının enerji amili üzərində dayanmadığı son illərin əlavə dəyər artımında özünü göstərməkdədir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır.
Bank, kredit, qiymətli kağızlar bazarında yeniliklər
Missiya heyətinin yeni səfəri çərçivəsində dövlət təsisatları üzrə apardığı müzakirələr isə maliyyə idarəetməsi sahəsində yeni imkanların əldə edilməsinə imkan yaradacaq. Belə ki, BVF komandası ilə faydalı məsləhətləşmələrin nəticəsində maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması mümkün olacaq. Eyni zamanda, Dövlət Maliyyə Statistikası üzrə Təlimatın prinsiplərinə uyğun qaydaların hazırlanması bank, kredit, qiymətli kağızlar bazarında mühüm yeniliklərə imkan yaradır. Belə ki, pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi, qiymətli kağızlar bazarında dövlət istiqrazları, Mərkəzi Bankın notları, repo əməliyyatları, investisiya korporativ qiymətli kağızlar (səhmlər və istiqrazlar) və digər qiymətli kağızlarla əməliyyatlara dair hesabat formalarının təkmilləşdirilməsində mühüm rol oynayır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

