BMT-dən bədbin proqnoz
05.12.2025 [10:57]
Gələn il qlobal iqtisadiyyatda 2,6 faiz azalma baş verəcək
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ildə qlobal iqtisadi artım səviyyəsinin 2,6 faizə qədər azalacağını proqnozlaşdırır. Təşkilatın Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında qeyd edilir ki, qlobal səviyyədə artan maliyyə dəyişkənliyi və geosiyasi qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım zəifləyir. Ehtimallara görə, qlobal iqtisadi artım 2024-cü ildən başlayaraq qlobal ticarət və investisiyalar sektorunda maliyyə bazarı iştirakçıları təzyiqlərlə üzləşir. Maliyyə bazarlarında baş verən bu dəyişikliklər qlobal ticarətə real iqtisadi fəaliyyət qədər güclü təsir göstərir və maliyyə sektorları arasında balansda qırılmalar baş verir.
UNCTAD-ın ekspertlərinin qənaətinə görə, dollar likvidliyi və transsərhəd ödəniş sistemləri də beynəlxalq ticarət fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Maliyyə kanallarından bu dərin asılılığın artması ticarəti qlobal maliyyə və pul şərtləri ilə sıx əlaqələndirir. Məsələn, əsas maliyyə mərkəzində faiz dərəcələrində və ya investor əhval-ruhiyyəsində dəyişikliklərin baş verməsi dünyada ticarət həcmlərinə ciddi təsirlər göstərir. Nəticədə, maliyyə sıxıntıları və kredit əldə etmək imkanlarının məhdudluğu inkişaf etməkdə olan ölkələrdə maliyyə təzyiqləri şəraitində ticari-iqtisadi dövriyyələrə xələl gətirir.
ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına təsir edir
ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliklər də qlobal iqtisadiyyata təsir edir. Ticarət qarşıdurmalarını izləyən investorlar ölkədə ümumi istehlak xərclərinin azalmasını, qiymətlər isə artmağa davam etdiyini, hətta bəzi rayonlar resurs xərclərinin daha sürətli artımının qeydə alındığını nəzərə alaraq sərmayə planlaşdırmasında tərəddüdlər yaşadıqlarını bildirilər.
ABŞ-da baş verən iqtisadi proseslər dünya iqtisadiyyatının digər coğrafiyalarını da təsir altına almaqdadır. Bir neçə gün əvvəl açıqlanan məlumatlara əsasən, Avrozonada sənaye sektorunda istehsal həcmi əvvəlki aya nisbətən 1,2 faiz azalıb. Yaponiya da eyni göstərici 1,5 faiz geriləyib. Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti Axim Vambax bildirib ki, qlobal qeyri-müəyyənliyin davam etməsi investorların dövlət investisiya proqramının həyata keçirilməsinə dəstək verməsini çətinləşdirir. Oktyabr ayının birinci yarısında Avrozonada metal emalı, əczaçılıq və maşınqayırma sənayelərində vəziyyət yaxşılaşsa da, avtomobil və qida sənayesində göstəricilər pisləşib. Avrozona üzrə İqtisadi İnkişaf Proqnozu İndeksi (İİPİ oktyabrda 3,4 bənd azalaraq 22,7 bəndə enib. Vambaxın fikrincə, maliyyə bazarı ekspertləri cari vəziyyətdəki dinamikanın enəcəyini, yalnız ortamüddətli dövrdə iqtisadi canlanmanın baş verəcəyini proqnozlaşdırırlar.
Valyuta Fondunun ehtimalı
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyata dair proqnoz baxışlarını əks etdirən açıqlaması da ümidverici deyil. Qlobal iqtisadi mənzərəni əks etdirən təhlil sənədində vurğulanır ki, dünya iqtisadiyyatının 2025-ci və 2026-cı illərdə artım templəri 1-2 faiz aralığında artımla müşahidə ediləcəyi gözlənilir. İnkişaf etmiş ölkələrdə iqtisadi artım ötən il 2,9 faiz olduğu halda 1 faizlik göstərici ümumi gerilmənin təzahürü kimi dəyərləndirilir. BVF inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında inkişaf proqnozlarının qismən azalacağını fərz edir. Təhlillərə əsasən, qlobal ticarətin həcminin aşağı düşməsi iqtisadi artım göstəricilərinin enməsində əsas faktorlardan biri kimi çıxış etdiyindən qlobal mühitdə daralmaların başvermə riskləri mümkündür.
Fondun Azərbaycanla bağlı ehtimalları müsbətdir. Fərziyyələrə görə, Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 faiz artımla müşayiət olunacaq. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Qurumun iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür.
Azərbaycan üzrə ssenarilər nə vəd edir?
Qlobal iqtisadiyyatda geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2025-ci ili orta inkişaf göstəriciləri ilə başa vuracaq. Proqnozlara görə, cari ilin yekununda ÜDM-in real artımı 2 faiz gözlənilir. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manatadək artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.
Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58

