Azərbaycanda indiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
11.12.2025 [23:17]
Ölkəmizdə dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüftalarını çoxsaylı risklərdən sığorta edir. Dövlət dəstəyi ilə təqdim olunan bu mexanizmdən faydalanan sahələrdən biri də heyvandarlıq təsərrüfatlarıdır.
Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən sığorta edir. Bura təbii fəlakət hadisələri, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşarat sancması, yanğın, vəhşi heyvanların hücumu, avtomobillə vurulma, daşınma zamanı qəza, oğurluq-quldurluq halları və sair aiddir.
Sadalanan hadisələr nəticəsində tələf olan və ya məcburi kəsimə göndərilən heyvanlara görə fermerlərə ödənişlər edilir. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq üzrə ilk sığorta ödənişi Göygöl rayonunda yerləşən təsərrüfatda edilib.
Bu günədək Aqrar Sıgorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə, ümumilikdə, 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.
Təhlillər göstərir ki, heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallara görə ödənilib.
Dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını sığorta haqqının yarısını ödəməklə sığotalaya bilərlər. Hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89-7,80 faiz, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37 faiz arasındadır.
Nəticədə, məsələn, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.
Hadisə baş verdikdə 10 faiz azad olma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir.
Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığotalamaq üçün Aqrar Sığorta Fondunun yerli filiallarına və ya 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Sığortalanmaq üçün müraciət edilmiş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir, təsərrüfat və heyvanlar lazımi tələblərə cavab verdiyi halda, onlar aqrar sığorta təminatına alınırlar. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

