Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dayanıqlı inkişaf göstəriciləri

Dayanıqlı inkişaf göstəriciləri

13.05.2026 [09:57]

Dörd ayda 40 milyard manata yaxın ÜDM istehsal olunub

2026-ci ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi inkişaf dinamikası qeydə alınıb. Bu dövrdə ölkəmizdə  39 milyard 875 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artım deməkdir. Əhalinin hər nəfərinə düşən ÜDM təxminən 4 min manata bərabər olub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz olmaqla, nominla ifadədə 27 milyard 740 milyon manat təşkil edib. ÜDM-in strukturunda aparıcı sahə kimi sənaye sektorunda məhsul həcmi 0,3 faiz artaraq 21,2 milyard manata bərabər olub. Nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 7,4 milyard manat, informasiya və rabitə xidmətləri üzrə 1,3 milyard manat əlavə dəyər yaradılıb. Aqrar sektorun milli istehsalda payı 2 milyard 536,9 milyon manat dəyərində olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artım nümayiş etdirib. Yanvar-mart ayları ilə nisbətdə isə aqrar sektor daha 1 faiz böyüyüb.

Büdcədə qeyri-neft yığımları 5 milyard manatı ötüb

2026-ci ilin yanvar-aprel aylarında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə büdcənin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0.7 faiz üstələyib. Yığımlarda qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi daha çox artıb. Belə ki, qeyri-neft yığımları 5 milyard 360,3 milyon manatdan çox təşkil edib və büdcəyə proqnozdan əlavə 108,3 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan daxilolmalar 412,3 milyon manat və ya 8,3 faiz artıb.

Bu müddət ərzində dövlət büdcəsinin xərcləri 10 milyard 933,4 milyon manat proqnoza qarşı 10 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96,3 faiz təşkil edir. Beləliklə, dövlət büdcəsində 2,6 milyard manatdan çox profisit (büdcə artıqlığı) yaranıb.

Sosial sığorta yığımları 2,2 milyard manatı üstələyib

Ötən dörd ay ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.

Valyuta ehtiyatları 88 milyard dollara yaxınlaşıb

Cari il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard  916,2 milyon dollar təşkil edib. Bu, dörd ayda 3,4 faiz və ya 2,9 milyard manat artım deməkdir. Ötən il mayın 1-nə nisbətən isə 15 faiz artımdır. Eləcə də, xarici dövlət borcu 4,6 milyard dollar təşkil edib ki, bu, son 4 ayda borc portfelinin daha 7,8 faiz azalaması deməkdir.

Azərbaycan hazırda valyuta rezervləri və xarici borcun vəziyyətinə görə, dünyanın ən sabit və əlverişli ölkələri sırasında yer alır. Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi borcu 19 dəfə üstələyir. Xarici borcun ÜDM-də payı isə 6 faiz olmaqla dünya göstəriclərindən qat-qat aşağıdır. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətini üstələyir. Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistanın xarici borcu 12,5 milyard dollar olmaqla ÜDM-in 54 faizini təşkil edir. Yaxud, Gürcüstanın borc yükünün ÜDM-ə nisbəti 43 fazidən yuxarıdır. Ermənistanda adambaşına düşən xarici borc 4,2 min dollar, Gürcüstanda isə 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi təxminən 490 dollardır. Bütün bu amillər Azərbaycanın öz iqtisadi potensialı sayəsində xarici borcu tam bağlamağa imkan verir.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2026-ci ilin yanvar-aprel aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri 8,8 faiz çoxalaraq 28,7 milyard manatı ötüb. İqtisadiyyata kredit qoyuluşları 8,8 faiz artaraq 32,4 milyard dollara yaxınlaşıb. Fiziki şəxslərin banklardakı əmanətləri 12,5 faiz çoxalaraq 16,9 milyard manatı ötüb.

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və maaşlarında da dinamika qeydə alınıb. Belə ki, muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 1151,5 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Özəl müəssisələrdə çalışan işçilərin orra nomainla gəlirləri 1400-2000 manat civarında olub ki, bu da biznes sektorunda fəalllığın nəticəsi hesab edilə bilər..

Qeyd edilən dövrdə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz olub. Bu isə əhalinin real gəlirlərinin və orta aylıq əməkhaqqının inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

5,3 milyard manata yaxın investisiya qoyuluşu

Cari ilin yanvar-aprel aylarında ölkəmizdə sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala  investisyalar 5 milyard 275 milyon manat təşkil edib ki, bu da, 2,6 faiz artım deməkdir. Ümumilikdə, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların təxminən 75 faizi daxili investisiyalardır.

Cari ilin 4 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.

E. CƏFƏRLİ

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31