Aİ-də islahatlar aparılacaqmı?
13.05.2026 [10:12]
Almaniya islahatlar məqsədilə altı maddəlik plan təqdim edib
Hazırda mürəkkəb geosiyasi proseslər fonunda Avropa İttifaqı (Aİ) daxilində ziddiyyətlər artmaqdadır. Məhz ziddiyyətlər və fikir ayrılıqları səbəbindən Aİ-yə üzv ölkələr müxtəlif məsələlərlə bağlı qərar qəbul edə bilmir. Prosedur qaydalarına əsasən üzv ölkələrdən biri hansısa sənədin əleyhinə çıxarsa, o sənəd qəbul oluna bilməz. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar daha çox Macarıstan və Slovakiya Brüsselin qərarlarına qarşı veto hüququndan istifadə ediblər. Rəsmi Brüssel, Aİ-nin aparıcı ölkələri vəziyyətdən çıxmaq üçün platforma birlik daxilində islahatları zəruri hesab edir.
Veto hüququnun ləğvi təklif olunur
Yeri gəlmişkən, Almaniya xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında islahatlar üçün altı maddəlik plan təqdim edib. Nazir planında Aİ-nin, xüsusən də xarici siyasət və təhlükəsizlik sahələrində daha effektiv olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsini təklif edib. Getdikcə daha çox Avropa İttifaqı ölkəsi qərar qəbul edilməsində veto hüququnun ləğvini dəstəkləyir. Belə ki, veto hüququ bir ölkəyə bütün ittifaqın qərarlarını bloklamağa imkan yaradır. Alman nazir də məhz ayrı-ayrı ölkələr tərəfindən uzunmüddətli bloklanmaların qarşısını almaq üçün xarici siyasət məsələlərində yekdillik prinsipinin ixtisaslı səs çoxluğu ilə əvəz edilməsinə çağırıb.
Yohann Vadefulun islahat təklifləri arasında yeni üzvlərin mərhələli şəkildə qəbul edilməsi yolu ilə Aİ-nin genişlənməsinin sürətləndirilməsi də var. Almaniya kansleri Fridrix Merts xarici işlər nazirinin planını dəstəkləyərək bu təşəbbüsün lehinə çıxış edib.
Daxili ziddiyyətlər artır
Son illər “qoca qitə”də siyasi böhran da artmaqdadır. Lakin Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir.
Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Perspektiv üçün proqnozlar isə nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olub. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir.
Tramp Brüsseli növbəti dəfə hədələyib
Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi və miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir. FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanır. Avropada sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər.
Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır. Avropa təsisatı isə bu problemləri yaxın zamanlarda həll etməyə hazır görünmür. Üstəlik, Aİ təhlükəsizlik amili ciddi təhdidə çevrilməkdədir. Bu arada, ABŞ-ın tarif təhdidləri də birlik üçün narahatlıq doğurur. Bugünlərdə Prezident Donald Tramp Aİ-ni növbəti dəfə hədələyib. O, bəyan edib ki, Avropa İttifaqı 4 iyul tarixinə qədər keçənilki ticarət çərçivəsini təsdiqləməsə, daha yüksək tarif dərəcələri ilə üzləşəcək: “Aİ-nin sazişin öz tərəfini yerinə yetirəcəyi təqdirdə, buna uyğun olaraq tariflərin sıfıra endiriləcəyinə söz verildi. Mən ölkəmizin 250 illik yubileyinə qədər vaxt verməyə razılaşdım, əks halda təəssüf ki, tarifləri dərhal daha yüksək səviyyəyə qalxacaq”. Belə bir şəraitdə isə Brüssel vəziyyətdən çıxış yolu kimi daxili islahatların aparılmasını zəruri hesab edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55

