Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Agentlik rəsmisi: Müəllimlərin işə qəbulu imtahanında 9857 nəfər iştirak haqqının ödənilməsindən azad edilib

Agentlik rəsmisi: Müəllimlərin işə qəbulu imtahanında 9857 nəfər iştirak haqqının ödənilməsindən azad edilib

09.07.2026 [15:22]

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi üçün qanunvericiliyə uyğun olaraq 9857 nəfər iştirak haqqının ödənilməsindən azad edilib, 28 min 794 namizəd üçün isə iyulun 6-dan 9-dək ödəniş sistemi aktiv olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli söyləyib.

“Bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb”, - deyə Nurlan İsmayılbəyli qeyd edib. O əlavə edib ki, hazırkı statistikaya əsasən, 21 min 50 nəfəri artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31