Bakıda AQEM-in sammiti keçiriləcək
24.07.2026 [10:43]
Azərbaycan təşkilata sədrliyi çərçivəsində fəal siyasət həyata keçirir
Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir. Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ölkəmiz hazırda bu təşkilata sədrlik edir.
Yeri gəlmişkən, iyulun 22-də Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Komitənin iclasında Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılmış fəaliyyətlər müzakirə olunub.
Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi üzrə gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlar çərçivəsində irəliləyişlər barədə məlumat təqdim edilib və üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. İclasda cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, habelə Azərbaycan Sədrliyi tərəfindən təklif olunan Zirvə Görüşünün mümkün yekun sənəd layihələri üzrə ilkin müzakirələr baş tutub. Bundan əlavə, Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun inkişafı, onun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətlərlə bağlı konsepsiya sənədləri müzakirə olunub.
Eləcə də, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən onun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, AQEM-in yaradılması haqqında ilk təşəbbüsü 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev irəli sürüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər.
Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. Bu istiqamətdə Azərbaycan 2011-ci il aprelin 20-21-də sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə evsahibliyi edib. 10 il sonra isə virtual formatda Azərbaycan tərəfindən “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü təşkil edilib. Bundan başqa, 2018-ci il aprelin 13-14-də Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı keçirilib.
Onu da qeyd edək ki, AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes və Gənclər şuralarına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxil edilib. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edir. AQEM yanında Biznes Şurası İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə keçirilən ilk iclası da həmin tədbirlər sırasındandır. Hazırda biznes-dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın təşviqi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslər planlaşdırılır. Bunlar investisiyalar, rəqəmsal transformasiya, ixrac potensialı və KOB-ların davamlığı mövzularında vebinarların təşkili, biznesin inkişafında ən yaxşı təcrübələrin mübadiləsi üçün AQEM-ə üzv dövlətlər ilə müntəzəm işgüzar müzakirələrin aparılması və s. ibarətdir.
Yeri gəlmişkən, hələ ötən il qurumun baş katibi Kayrat Sarıbay ölkəmizin təşkilata rəhbərliyi ilə bağlı bu fikirləri bildirmişdi: “Azərbaycanın sədrliyi Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf vasitəsilə AQEM-in gücləndirilməsinə yönəlib. Bu məqsədlərə nail olmaq üçün ölkə 3 prioritet istiqamətə diqqət yetirəcək. AQEM-in transfotrmasiya və institusional inkişafı, etimad tədbirlərinin həyata keçirilməsi vasitəsilə müəyyən sahələrdə əməkdaşlıq və AQEM ilə digər beynəlxalq təşkilatlar arasında fəaliyyətə yardım etmək. İnanırıq ki, Azərbaycanın fəal və mütərəqqi liderliyi altında AQEM Asiyada etimad və yaradıcı əməkdaşlığın unikal platforması kimi öz statusunu gücləndirməyə nail olacaqdır”.
Onu da vurğulayaq ki, Azərbaycanın AQEM-ə Sədrliyi “Daha güclü AQEM - Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunub. Ölkəmizin sədrliyi dövründə AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və qurumun digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi xüsusi diqqət mərkəzindədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

