Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

14.08.2026 [17:25]

2025-ci ildə dövlət satınalmalarının ümumilikdə həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Xüsusilə 2020-ci illə müqayisədə ötən il elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev bildirib.

Onun sözlərinə görə, müsbət dinamika cari ildə də davam edir.

"I yarımil ərzində keçirilmiş 3489 elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib. Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub. Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7 faiz təşkil edib",- deyə Mirzə Mirzəyev əlavə edib.

Dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görüldüyünü deyən sədr müavini I yarımildə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokolun ləğv edildiyini sözlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31