Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə dünyada 38-ci yerdədir
05.09.2014 [09:43]
Nüfuzlu beynəlxalq təşkilatlar, reytinq agentlikləri ölkəmizin iqtisadi uğurlarını yüksək qiymətləndirirlər
Məlum olduğu kimi, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmiz sürətli inkişafa nail olub, iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı və sənaye istehsalı üç dəfədən çox artıb.
Qeyd edək ki, sürətli iqtisadi inkişaf öz növbəsində əhalinin rifahının yüksəlməsinə gətirib çıxarıb. Belə ki, son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən təqribən 5 faizə düşüb, işsizliyin səviyyəsi isə iki dəfə azalaraq cəmi 5 faiz təşkil edir. Bu dövrdə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, paytaxt və regionlarımız müasirləşib, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi genişləndirilib.
Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanan 2014-2015-ci illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub. Ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini bir pillə yaxşılaşdırıb ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.
Dünya İqtisadi Forumunun sözügedən hesabatında ayrı-ayrı göstəricilər üzrə Azərbaycan ən yüksək pillələrdə yer alır. Belə ki, makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk 10-luğa daxil olaraq 9-cu pillədə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan iqtisadiyyatının sabitliyi, dayanıqlılığı hələ 2008-2009-cu illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhran zamanı özünü təsdiqləmişdi. Əksər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı böhran illərində də artmaqda davam etdi. Təsadüfi deyil ki, məhz həmin dövrdə, yəni 2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda iqtisadi keçid dövrünün başa çatdığını bəyan etmişdi.
Həmçinin, hesabatda əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cü yerdə mövqe tutur. Əlbəttə ki, ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsi, əməkhaqlarının artırılması, iş mühitinin yaxşılaşdırılması, 1 milyon 300 min yeni iş yerinin yaradılması kimi nailiyyətlər beynəlxalq səviyyədə belə bir yüksək göstəricinin qazanılmasını qaçılmaz edir.
İnnovasiya potensialının göstəricilərinə görə isə Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə 60-cı yeri tutur. Bu göstərici ilə bağlı Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı yönündə görülən işlərin, “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində 2013-cü ildə həyata keçirilən islahatların rolu danılmazdır.
Bildiyimiz kimi, Azərbaycan özünün iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Azərbaycan iqtisadiyyatı region iqtisadiyyatının 85 faizini təşkil edir. Azərbaycan bir sıra iqtisadi göstəricilər üzrə nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə Müstəqil Dövlətlər Birliyi məkanında da illərdir ki, liderlik rolunu qoruyub saxlayır. Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən rəqabətə davamlılıq indeksinə görə Azərbaycan artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir, Qazaxıstan 50-ci, Rusiya 51-ci, Gürcüstan 69-cu, Ukrayna 76-cı, Ermənistan isə 85-ci yerdə qərarlaşıb.
Sadalananlar Azərbaycanda uğurlu iqtisadi siyasətin həyata keçirildiyini təsdiq edir. Ölkəmizin iqtisadi uğurlarının təməl faktorları qismində Prezident İlham Əliyevin “The Business Year” nəşrinə müsahibəsində bildirdiyi kimi, neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir hissəsinin məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsini qeyd etmək olar. Ümumilikdə, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanın iqtisadi müstəqilliyini xeyli gücləndirib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirib.
Beləliklə, əsası Ümummilli lider tərəfindən qoyulan iqtisadi siyasətin Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilməsi sayəsində Azərbaycan dünyaya iqtisadi inkişafın yeni və uğurlu modelini təqdim edib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

