Azərbaycan “Doing Business 2015” hesabatında mövqeyini yaxşılaşdırıb
30.10.2014 [10:00]
Aydın Hüseynov: Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasındadır
“Uğurlu iqtisadi islahatlar həyata keçirən və biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyi daha da təkmilləşdirən Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının hesabatlarında mövqeyini yaxşılaşdırmaqdadır. Bunun ən mühüm göstəricilərindən biri kimi ölkəmiz “Doing Business 2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb”. Bu barədə YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2015” hesabatını şərh edərkən bildirib. İqtisadçı qeyd edib ki, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.
Aydın Hüseynovun sözlərinə görə, ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. “Hesabatda Azərbaycanın 3 indikator üzrə (“Əmlakın qeydiyyatı”, “Biznesə başlama” və “Vergilərin ödənişi”) həyata keçirdiyi islahatlar xüsusilə qeyd olunmuşdur.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini onu da bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. “Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb”.
A.Hüseynov qeyd edib ki, respublikamızın hesabatda mövqeyinin yaxşılaşması, xüsusilə də, biznesin vəziyyəti ilə bağlı dünyanın ən yaxşı 10 ölkəsi sırasına daxil olması Azərbaycanda azad sahibkarlığın və əlverişli biznes mühitinin olduğunu göstərir. Beləliklə, yeni reytinq xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19

