/ / “Bakı-2015” birinci Avropa Oyunlarına qədər ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 95 minə çatdırılacaq
“Bakı-2015” birinci Avropa Oyunlarına qədər ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 95 minə çatdırılacaq
10.02.2015 [09:56]
Fazil Məmmədov: Prezident İlham Əliyev tərəfindən Vergilər Nazirliyi qarşısında qoyulan mühüm vəzifələr, o cümlədən, iqtisadi plan var ki, nazirlik 2015-ci ildə bu plan üzrə fəaliyyətini davam etdirəcək
“Tərəfdaş ölkələrdə baş verən proseslər ölkə başçısı İlham Əliyevin dediyi kimi, heç də Azərbaycandan yan ötməyəcək. Buna baxmayaq, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət bütün təsirləri minimuma endirmiş olacaq”. Bunu dünən “Yeni Azərbaycan” qəzetinin əməkdaşının sualına cavab olaraq vergilər naziri Fazil Məmmədov deyib.
Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” IV Vergi Forumu çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi brifinqdə nazir bildirib ki, eyni zamanda, vergi daxilolmaları ilə bağlı olan problem minimuma endiriləcək: “Prezident İlham Əliyev tərəfindən Vergilər Nazirliyi qarşısında qoyulan mühüm vəzifələr, o cümlədən, iqtisadi plan var ki, nazirlik 2015-ci ildə bu plan üzrə fəaliyyətini davam etdirəcək”.
Daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulması ilə bağlı suala cavabında nazir qeyd edib ki, bu prosedur ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq tənzimlənir: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə, bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər Prezidentin Sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb”.
Nazirin sözlərinə görə, əgər əmlakın satışından mənfəət əldə olunacaqsa bu zaman vergi tutulacaq. Əgər əmlak öz qiymətinə satılacaqsa, bu zaman əvvəlki qiymətlə əlavə dəyər vergisi ilə arasında olan fərqdən vergi hesablanacaq.
Brifinqdə nazir, həmçinin, bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunlarına qədər ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 95 minə çatdırılacaq: “2013-cü ilin yekunlarına görə pos-terminalların sayı 38 min ədəd təşkil edirdisə, hazırda 82 min ədəd aktiv fəaliyyətdə olan pos-terminal var. Avropa Oyunları başlayana qədər pos-terminalların sayı 95 minə çatdırılacaq. Bu məqsədlə, başda Mərkəzi Bank olmaqla kommersiya bankları ilə işləri davam etdiririk”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

