SOCAR-AQŞ-nin nümayəndə heyəti Küveyt II Neft-Qaz Sərgisində iştirak edib
24.10.2015 [11:35]
11-15 oktyabr 2015-ci il tarixində Küveytdə ikinci Beynəlxalq Neft-Qaz Sərgi və Konfransı keçirilib. Sərgi və Konfrans Küveyt şəhərinin Mişref Beynəlxalq Sərgi Salonunda təşkil olunub. İkinci dəfə keçirilməsinə baxmayaraq, qısa zaman kəsiyində bu sərgi və konfrans öz əhəmiyyətinə görə Qərbi Asiyanın neft-qaz sənayesi üzrə təşkil olunan nüfuzlu tədbirlərindən birinə çevrilməkdədir. 100-ə yaxın müəssisənin öz texnologiya və avadanlıqlarını nümayiş etdirdiyi və xidmətlərini təqdim etdiyi sərgidə yerli və beynəlxalq neft-qaz şirkətlərindən onlarla peşəkar mütəxəssis iştirak edib.
SOCAR-AQŞ ilk dəfə olaraq bu beynəlxalq tədbirdə öz sərgi stendi ilə çıxış edib, müəssisənin fəaliyyət istiqamətlərinə dair maraqlı təqdimatlarla geniş auditoriyanın diqqətini cəlb edə bilib.
Həmçinin müəssisənin Xəzər dənizində yeni yataqlarda müasir texnika və texnologiyalardan istifadə etməklə yeni idarəetmə üsullarını müvəffəqiyyətlə tətbiq edərək inteqrə olunmuş quyu və qazma xidmətlərini göstərməsi Qərbi Asiyada çalışan həmkarların böyük marağına səbəb olub. Xüsusilə də yüksəktəzyiqli və yüksək temperaturlu yataqlarda qazma işlərini aparmaq təcrübəsi müəssisənin əməkdaşları ilə Küveyt, Misir və Səudiyyə Ərəbistanı kimi zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrin neftçi və qazma mühəndisləri arasında maraqlı fikir mübadiləsinə yol açıb.
Üç gün davam edən beynəlxalq sərgidə mütəxəssislərimiz dünyanın qabaqcıl neft sənayesi şirkətləri və təchizat müəssisələri ilə biznes münasibətləri yaradıb və gələcək işgüzar əlaqələrin əsasını qoyublar.
SOCAR-AQŞ-nin mütəxəssisləri mütəmadi olaraq bir çox mötəbər yerli və beynəlxalq sərgi və konfranslarda iştirak etmək üçün dəvətlər alır və belə tədbirlərdə müəssisəni layiqincə təmsil edirlər. Bu SOCAR-AQŞ MMC-nin daha peşəkar tərəfdaşlarla işləyərək dünyanın qabaqcıl qazma şirkətinə çevrilməsi üçün yeni imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

