/ / Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək
Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək
16.12.2015 [09:54]
Natiq Əmirov: 11 ayın nəticələrinə əsasən nazirliyin xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub ki, bu da proqnoza uyğun gəlir
Dekabrın 15-də Vergilər Nazirliyində KİV nümayəndələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan vergilər nazirinin I müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov media nümayəndələrini salamlayaraq, görüşün əsas məqsədinin vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, vergi ödəyicilərinin sayı artaraq ölkədə sahibkar təbəqəsi formalaşıb və bu təbəqə iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib. Ölkə başçısının yürütdüyü davamlı iqtisadi inkişaf strategiyası nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişikliklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa, ölkəmizin sosial-iqtisadi inkişafının, sabitliyinin təmin olunmasına, sahibkarlar təbəqəsinin fəaliyyətinin davamlı inkişafına zəmanət verir. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı KİV nümayəndələrini məlumatlandırmaq üçün söz Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinova verilib. Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışan N.Şirinov dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.
Sonra Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri - fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120.000 manatdan 200.000 manatadək artırılması, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hüquqi şəxslərin əmlak vergisi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması və s. məsələlər ətraflı şərh olunub.
Çıxışlardan sonra KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. KİV təmsilçilərini maraqlandıran əsas məsələlərdən biri dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icra edilməsi ilə bağlı olub. Həmin sualı cavablandıran Natiq Əmirov deyib ki, Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək. Onun sözlərinə görə, 11 ayın nəticələrinə əsasən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub ki, bu da proqnoza uyğun gəlir. Bildirilib ki, daxilolmaların 70 faizi qeyri-neft sektorunun hesabına formalaşdırılıb.
Natiq Əmirov onu da qeyd edib ki, tütün məmulatları və alkoqollu içkilərin satışı ilə məşğul olan və POS-terminalı olmayan obyektlərin siyahısı Vergilər Nazirliyinə təqdim olunacaq.
Vergilər nazirinin I müavininin sözlərinə görə, ölkədə kifayət qədər POS-terminal var: “Biz ilin sonuna qədər POS-terminal olmayan yerlərdə müvafiq infrastrukturun qurulmasını təmin edəcəyik”.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov isə bildirib ki, Azərbaycanda iaşə obyektlərində alkoqollu içkiləri nağd pula satmağa görə həmin obyektlərin sahibləri inzibati məsuliyyətə cəlb edilməyəcəklər. Onun sözlərinə görə, iaşə obyektlərində satılan alkoqol menyunun bir hissəsidir və bağlı butulkalarla deyil, daha çox tökülərək satılır, bu səbəbdən də buna cərimə şamil edilməyəcək.
O da vurğulanıb ki, Vergilər Nazirlyi fərdi xidmətlər göstərən şəxslərdən vergi tutulması mexanizmlərini hazırlayır. Vergilər nazirinin I müavini Natiq Əmirov bildirib ki, “biz dayələrin, repetitorların, ustaların və digər şəxslərin göstərdikləri xidmətlərdən hansı formada vergi tutulacağını müzakirə edirik”.
Onun sözlərinə görə, bu, patentlər, sadələşdirilmiş bəyannamə və s. ola bilər: “Bu sahədə beynəlxalq təcrübə öyrənilir və yekun qərar hələ qəbul edilməyib”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59

