Azərbaycan və Macarıstan şirkətləri əməkdaşlığa dair anlaşma memorandumları imzalayıblar
08.03.2016 [10:19]
Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda 200-dən çox iş adamı iştirak edib
Azərbaycan və Macarıstan arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ölkələrimiz qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Macarıstan biznes forumunda səsləndirilib. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev çıxış edərək Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiya əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. İndiyədək iqtisadi sahə də daxil olmaqla, 40-a yaxın sənəd imzalanıb. Bu ilin martından etibarən Bakı-Budapeşt-Bakı reysi üzrə təyyarə uçuşları bərpa edilib. Səhiyyə, turizm, İKT, su təchizatı sahələrində də əməkdaşlıq uğurla davam edir. Bununla bərabər, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan və Macarıstan qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edə bilərlər.
Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Bildirilib ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır. Bu yaxınlarda Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlaması dövlət başçılarının birgə səylərinin nəticəsidir. Bugünkü biznes forumda çoxlu sayda iş adamının iştirakı əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib, investisiya qoyuluşunun artırılmasının, İKT və xidmət kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, su təchizatı və aqrar sahənin də əməkdaşlıq üçün mühüm istiqamətlər olduğu vurğulanıb.
Biznes forum çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

