/ / Samir Nuriyev: Güzəştli mənzillərin əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sistemi yaradılacaq
Samir Nuriyev: Güzəştli mənzillərin əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sistemi yaradılacaq
16.07.2016 [09:36]
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin AZƏRTAC-a məxsusi müsahibəsi
İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başladığını qeyd edərək güzəştli mənzillərin tikilməsi istiqamətində tezliklə praktiki addımların atılacağını vurğulayıb. Agentliyin direktoru Samir Nuriyev bu sahədə görülən işlər barədə AZƏRTAC-a məxsusi müsahibə verib.
- Agentliyin fəaliyyətinin təşkili işi bu gün hansı mərhələdədir?
- Agentliyin və onun tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı təşkilati işlər artıq yekunlaşmaq üzrədir. Qurumun əsas işçi heyəti formalaşdırılıb, zəruri inzibati məsələlər öz həllini tapmaqdadır. Artıq Agentlik sosial mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. İlk növbədə bu tədbirlər binaların tikintisi üçün torpaq sahələrinin seçilməsini, layihələndirmə və tikinti işlərinin planlaşdırılmasını, mənzillərin uzunmüddətli güzəştli şərtlərlə təqdim edilməsi üçün dayanıqlı maliyyə modelinin yaradılmasını əhatə edir.
Prezident İlham Əliyevin sosial mənzillərin tikintisi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə ayırdığı xüsusi diqqət və Agentliyin fəaliyyətinə göstərdiyi dəstək bu layihənin tez bir zamanda uğurla reallaşmasına şərait yaradır. Eyni zamanda, bu, bizim məsuliyyətimizi daha da artıraraq qarşımızda mühüm vəzifələr qoyur. Agentlik bu vəzifələrin layiqincə yerinə yetirilməsini və qarşıya qoyulmuş məqsədlərə nail olunmasını təmin edəcək.
- Güzəştli mənzillərin tikintisi üçün torpaq sahələri artıq ayrılıbmı?
- Çoxmənzilli evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsi prosesində ciddi irəliləyiş var. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və müxtəlif meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib. Torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub. Hazırda həmin torpaq sahələrinin əldə edilməsi prosesi həyata keçirilir, layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Eyni zamanda, paytaxtla yanaşı Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb.
- Binaların layihələndirilməsi zamanı hansı məsələlərə diqqət yetiriləcək?
- Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir memarlıq üslubunda ekoloji, enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının şəhərsalma normaları və qanunvericiliyinin tələblərinə uyğun, bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşacaq. Seçilmiş ərazilərdə yaşayış məkanları məhəllə və şəhərciklər formatında layihələndiriləcək. Burada çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, normalara uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və sair) obyektlərinin layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Bununla yanaşı, layihələndirmə mərhələsində binaların zahiri görünüşünə və fasadların dizaynına xüsusi diqqət yetiriləcək. Layihəçilərin qarşısında qoyulacaq vəzifələrdən biri də şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla binaların funksionallığı, estetik gözəlliyi və müasirliyi arasında tarazlığın əldə edilməsi olacaq.
Layihələndirmə işləri bitdikdən sonra dərhal güzəştli mənzillərin tikintisinə start veriləcək. Agentlik tələb olunan vəsaitin ayrılması məqsədilə növbəti 3 il üçün maliyyə proqnozunu aidiyyəti dövlət orqanlarına təqdim edib. Bununla yanaşı, mənzillərin tikintisi layihələrinə investorların maraqları öyrənilir, onların bu işlərə cəlb olunması imkanları araşdırılır.
- Aztəminatlı ailələrə mənzillərin uzunmüddətli güzəştlə verilməsi hansı formada planlaşdırılır?
- Tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir. Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir.
- Fikrinizcə, Agentliyin fəaliyyəti çərçivəsində görüləcək işlər ölkə iqtisadiyyatına hansı töhfələr verəcək?
- Bildiyiniz kimi, son 10 il ərzində Azərbaycanda tikinti sahəsi sürətlə inkişaf edib. Həm dövlət, həm də yerli və xarici investisiyalar hesabına ölkədə həyata keçirilən tikinti işləri bunun bariz nümunəsidir.
Hesab edirəm ki, Agentliyin fəaliyyəti inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək, o cümlədən tikinti materialları və avadanlıqlarının istehsalı, tətbiqi və istismarı sahələrini stimullaşdıracaq, yeni iş yerlərinin yaradılmasını təmin edəcək və bu sektorun investisiya baxımından bir qədər də daha cəlbedici olmasına böyük töhfə verəcək. Bütün bunlar isə, öz növbəsində, ölkənin sənaye potensialına müsbət təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

